Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı

Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı
23.07.2026 15:27

AMEA Arxeologiya və Antropologiya İnstitutu Gədəbəy rayonunun Xarxar kəndində yerləşən eyniadlı nekropolda genişmiqyaslı arxeoloji qazıntılar aparır. Tədqiqatlar İnstitut ilə "Azerbaijan International Mining Company" (AIMC) arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Arxeologiyası və Antropologiyası nəşri məlumat yayıb. 

Məlumata görə, Qafqaz Albaniyasının maddi-mədəni irsinin öyrənilməsi məqsədi daşıyan qazıntılar Gədəbəy Arxeoloji Ekspedisiyasının Xarxar dəstəsi tərəfindən aparılır.

Ekspedisiyaya AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov rəhbərlik edir. Tədqiqatlarda arxeoloqlarla yanaşı, antropoloqlar, etnoqraflar, alban irsini araşdıran mütəxəssislər və bərpaçı-rəssamlar da iştirak edirlər.

Xarxar nekropolu ilk dəfə 2012-ci ildə mərhum arxeoloq Qoşqar Qoşqarlı tərəfindən yerli sakinlərin verdiyi məlumat əsasında müəyyənləşdirilib. Abidədə ilk genişmiqyaslı arxeoloji kəşfiyyat işləri isə 2023-cü ildə Gədəbəy Arxeoloji Ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova tərəfindən aparılıb.

Nekropol Gədəbəy rayonunun Xarxar kəndində, Xarxarçayın kiçik qolunun yüksək sol sahilində yerləşir. Şamil Nəcəfovun sözlərinə görə, abidənin sahəsi 1 hektardan bir qədər artıqdır. İlkin müşahidələr nekropolun vaxtilə daha geniş ərazini əhatə etdiyini göstərir. Bu qənaəti ətraf ərazilərdə aşkar olunan eyni tipli qəbir daşları da təsdiqləyir.

Arxeoloji qazıntılardan əvvəl ərazidə ölçmə işləri aparılıb, qazıntı sahəsi zonalara və kvadratlara bölünüb. Ümumilikdə 1700 kvadratmetrlik sahədə 17 qazıntı kvadratı müəyyən edilib və onların 12-də ilkin mərhələ artıq tamamlanıb.

Qazıntılar zamanı relyefdən asılı olaraq üst torpaq qatı götürüldükdən sonra, əsasən uşaq qəbirləri olmaqla, çoxlu sayda yeni dəfn yeri aşkarlanıb. Nəticədə nekropolda müəyyən edilən qəbirlərin sayı təxminən 500-ə çatıb. Tədqiqatçılar digər sahələrdə işlər başa çatdıqdan sonra bu rəqəmin daha da artacağını istisna etmirlər.

Müşahidələr göstərir ki, qəbirlərin böyük əksəriyyəti cənub-qərb – şimal-şərq istiqamətində yerləşir. Qəbirüstü daşların əksəriyyəti təbii qaya və dağ daşlarından hazırlanıb. Bəzi daşların üzərində isə cızma üsulu ilə işlənmiş alban xaçları təsvir edilib. Xüsusilə lotos gülü formasında işlənmiş xaç təsvirləri alban dövrünün xristian simvolikasının öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

İlkin araşdırmalar nekropoldakı dəfnlərin az bir hissəsinin xristianlıqdan əvvəlki dövrə, böyük əksəriyyətinin isə xristianlığın qəbulundan sonrakı mərhələyə aid olduğunu göstərir. Tədqiqatçılar hesab edirlər ki, bu ərazidə dəfnlər təxminən 4–5 əsr ərzində fasiləsiz davam edib.

Qeyd edilib ki, növbəti mərhələdə qəbirlərin açılması, dəfn adətlərinin öyrənilməsi, insan qalıqları üzərində antropoloji tədqiqatların aparılması və digər elmi araşdırmalar həyata keçiriləcək.

Hazırda Xarxar nekropolunda arxeoloji tədqiqatlar davam etdirilir.

Jalə Rövşən 

FOTOLAR

Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı  — 1
Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı  — 2
Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı  — 3
Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı  — 4
XƏBƏR LENTİ
23 IYUL 2026
Rusiya təyyarəsi ilə bağlı diqqətçəkən iddia - Qəza yoxsa təxribat? 16:44 Azərbaycanın UEFA reytinqində mövqeyi açıqlandı 16:31 "Google" 100 milyonlarla avro cərimələndi - SƏBƏB? 16:21 İranda jurnalist canlı yayıma snayperlə çıxdı - VİDEO 15:58 Beyləqanda baş vermiş silahlı insidentlə bağlı məhkəmə başlayır 15:55 “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir? 15:44 Rusiya 400 məktəblini Şimali Koreyaya niyə göndərdi ? -VİDEO 15:41 Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı 15:27 "Araz-Naxçıvan" heyətini qvineyalı futbolçu ilə gücləndirdi 15:27 Tofiq Mirzəyev İsraildə dəfn olundu 15:08 Azərbaycana turist axını 10 %-dən çox azalıb 15:00 ABŞ boğaza kimi borcun içindədir - Vaşinqtonun borclandığı ölkələrin SİYAHISI 14:54 TƏCİLİ - Moskvada təyyarə qəzaya uğradı 14:45 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA 14:40 İraqın Baş naziri Tehrana səfər etdi 14:14 23 iyul 1993: Ağdamın işğalı Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi 13:59 İlhamə Novruzova vəzifəsindən azad edildi 13:43 İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək 13:33 İran raketlərinin ABŞ qüvvələrinin yerləşdiyi bazaya zərbə endirdiyi an - VİDEO 13:26 Vaşinqton Kubaya yeni şərtlər irəli sürür - Ya dəyişəcəksiniz, ya da... 13:22 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi 13:16 Azərbaycan şirkəti ABŞ-də neft yataqları aldı– Tarixi razılaşma 13:12 Xaçaturyanın vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi 12:59 Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək 12:55 Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı 12:51 Bütün Xəbərlər