FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi

FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
15.12.2025 11:45

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

TodayPress TV xəbər verir ki, müraciətdə bildirilib ki, havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırır.

Qeyd olunub ki, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər.

Dəm qazının iysiz olduğu və hiss edilmədiyi nəzərə alınaraq, mümkün fəsadların qarşısının alınması üçün FHN aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

* istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;

* cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

* havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

* hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

* tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.

Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Zelenski, Paşinyan və Tokayevin qadın liderə verdiyi hədiyyə maraq doğurdu 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Taliban Moldova ilə öz təcrübəsini bölüşəcək 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Ankaranın dənizdəki kozırı - Səssiz, amma ölümcül güc 15:48 SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı 15:41 "Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi 15:22 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi 15:15 Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir 15:05 “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq 14:37 İsraildə təcili səfərbərlik - 240 min hərbçi geri çağırıldı 14:37 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi 14:30 ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi 13:38 Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokol təsdiqləndi 13:18 Vəzifəli şəxslər həbs olundu 13:15 Gənc cüdoçularımız Skopyedə uğur üçün tatamiyə çıxacaq 13:10 "Xalq düşməni" damğasını atıb gəlmişəm bura..." - Heydər ƏIiyevlə təsadüfi görüş 13:06 Sabah Azərbaycanda neçə dərəcə isti olacaq? - AÇIQLANDI 12:48 Bütün Xəbərlər