Fazil Mustafa: “Texnologiya inkişaf edir, amma dini dialoq geri qalır”

Fazil Mustafa: “Texnologiya inkişaf edir, amma dini dialoq geri qalır”
24.12.2025 12:26

“Dünyada texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq dini icmalar, konfessiyalar və dinlər arasında dialoqun olmaması bu inkişafın müsbət nəticələrini zəiflədir. Barışın möhkəmləndirilməsi üçün dini dözümlülüyün təmin olunması vacibdir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisində İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, deputat Fazil Mustafa “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda keçirilən panel müzakirədə səsləndirib.

O vurğulayıb ki, dini dözümsüzlük və bir-birinin inanclarını qəbul etməmək tarix boyu müharibələrin əsas səbəblərindən biri olub. Fazil Mustafanın sözlərinə görə, məhz buna görə dövlət–din münasibətlərinin düzgün və balanslı şəkildə tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, demokratik dövlətlər vətəndaşların dini azadlıqlarına hörmət etməli, bütün dinlərə bərabər münasibət sərgiləməlidir:

“Dövlət yalnız insan hüquqlarına zidd olan dini inanclar və çağırışlar qarşısında hüquqi normaları tətbiq edə bilər. Hər insan öz dini seçimini sərbəst şəkildə yaşamalı, eyni zamanda bu seçimi başqalarına zorla qəbul etdirməməlidir. Azərbaycan Konstitusiyası və beynəlxalq hüquqi prinsiplər məhz bu yanaşmanı təmin edir”.

Deputat əlavə edib ki, ölkəmizdə keçirilən bu cür tədbirlər dini barışın, dözümlülüyün və insan hüquqlarının qorunmasının gücləndirilməsinə xidmət edir, həm yerli, həm də qardaş ölkələrdən olan nümayəndələr arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi 20:37 “Sevgi evi”ndə nələr baş verib? - Sahibi həbs edildi 20:17 İsrail HƏMAS komandirlərini vurdu 20:04 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Bütün Xəbərlər