Əhaliyə XƏBƏRDARLIQ: “Bu təhlükələrdən qorunun!”

Əhaliyə XƏBƏRDARLIQ: “Bu təhlükələrdən qorunun!”
19.07.2026 09:18

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb:

"Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan başqa, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək təhlükəlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".

XƏBƏR LENTİ
19 IYUL 2026
İsmayıllıdakı dəhşətli qəzadan GÖRÜNTÜLƏR 16:51 Müctəba Xamenei haradadır? İsrail onun yerini bilir 16:29 Tramp Rusiyanın olduğu bu siyahıya İranı da əlavə etmək istəyir 16:16 FİFA dünya çempionatından rekord gəlir əldə edib 15:58 BDU-nun tanınmış professoru vəfat etdi 15:42 İran Küveytə hücum etdi: ABŞ qırıcıları məhv edildi 15:22 “Netanyahu Nyu-Yorka gəlsə, saxlanıla bilər” - Mamdani 14:55 ABŞ nüvə obyektini vurdu 14:50 59 yaşlı kişi kanalda yoxa çıxdı - Fövqəladə Hallar hərəkətə keçdi 14:23 İrandan XƏBƏRDARLIQ: “Qaydalara əməl etməyən gəmiləri vuracağıq” 14:18 İsrailli general: “Xameneinin öldürülməsi ən böyük səhvimiz oldu” 14:03 İsmayıllıda dəhşətli qəza - Ölən var 13:37 Təcili: Qazaxıstan nefti daşıyan tankerlərə hücum edildi 13:21 “İnstagram” çökdü 13:05 Rusiyanın Kiyevə hücumu Azərbaycan səfirliyinə də ziyan vurdu - FOTO 12:48 Həftənin ilk günü hava necə olacaq? 12:29 “Azərsilah”ın poliqonunda yanğın: Nazirlik açıqlama yaydı 12:12 Ağdamda minalanmış ərazidə yanğın baş verdi 11:58 Qonşu ölkədə güclü zəlzələ oldu - TƏCİLİ 11:33 Stolüstü tennisçimiz Avropa çempionatında ilkə imza atdı 11:36 Ölkədə hava şəraiti dəyişdi - FAKTİKİ HAVA 11:26 Zelenski itkiləri AÇIQLADI 11:22 Rusiyanın gecə hücumu Kiyevi bu günə qoydu - GÖRÜNTÜLƏR 10:57 Rusiyada miqrantlara yeni qadağa - Bu şəxslər vətəndaşlıq ala bilməyəcək 10:31 Gəmi kapitanının cənazəsi torpağa tapşırıldı 10:12 Bütün Xəbərlər