Attraksiyonlar bulvar ərazisinə qaytarılacaq? – AÇIQLAMA

Attraksiyonlar bulvar ərazisinə qaytarılacaq? –  AÇIQLAMA
21.05.2025 17:18 Cəmiyyət

“Hazırda dənizkənarı bulvar ərazisində attraksiyonlar olsa da, sayları kifayət qədər deyil”. 

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, böyük və uşaqların vaxt keçirməsi üçün isə son dövrlərdə böyük ticarət mərkəzləri (Mall) istifadəyə verilib. Həmin Mall-ların tərkibində yeni texnoloji əyləncələr, uşaq arenaları var ki, orada tam rahat şəkildə həm turistlər, həm də şəhər sakinləri istirahət edə bilərlər.

“Vaxtilə dənizkənarı bulvarda olan iri attraksiyonların yığışdırılması isə bulvarın təmizliyi və gəzinti üçün geniş ərazinin saxlanması məqsədilə nəzərdə tutulub. Ara-sıra burada tədbirlərin keçirilməsi, festivalların olması həm də turistik nöqteyi-nəzərdən çox maraqla qarşılanır. Paytaxtda turistlər üçün kifayət qədər infrastruktur var və əyləncə məkanları elə də az deyil. Lakin düşünürəm ki, dənizkənarı bulvarda əlavə ödənişli lunaparkların salınmasına, sıxlığın yaranmasına ehtiyac yoxdur”. 

Buna baxmayaraq, ekspertin fikrincə, Bakı ətrafında belə bir layihə düşünülə bilər. Hətta əvvəllər belə bir plan da qurulub: 

“Düşünülürdü ki, məsələn Hövsan ərazisində “Disneyland” kimi geniş lunapark salınsın. Orada istər vətəndaşlarımız, istərsə də gələn turistlər vaxtlarını keçirə bilsin. Şəhərdən kənarda olduğu təqdirdə belə bir layihənin həyata keçirilməsi düşünülə bilər”. 

Qeyd edək ki, hazırda dənizkənarı bulvarda kiçik ərazini təşkil edən bir sıra attraksiyonlar fəaliyyət göstərir. Lakin vətəndaşlar həmin qurğuların sayının az olduğunu və xarici təcrübəyə əsaslanaraq geniş ərazidə yeni "Luna Park"ın salınmasını istəyirlər.   

Töhfə Səməd

FOTOLAR

Attraksiyonlar bulvar ərazisinə qaytarılacaq? –  AÇIQLAMA — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Bütün Xəbərlər