Binalarda təhlükəsizlik siqnalı: “Xırda detal böyük faciə yaradır”

Binalarda təhlükəsizlik siqnalı: “Xırda detal böyük faciə yaradır”
24.11.2025 18:00

Çoxmərtəbəli yaşayış binalarında təhlükəsizlik tədbirləri mühitin ən vacib tərkib hissələrindən biri hesab olunur. Təhlükəsizlik yalnız quraşdırılmış avadanlıqlardan ibarət deyil, insanların davranışından, texniki sistemlərin işlək vəziyyətdə saxlanılmasından və ümumi nəzarətdən formalaşan bir prosesdir.


Təhlükəsizlik eksperti Orxan Musayev TodayPress TV-yə açıqlamasında deyib ki, binaların mühəndis kommunikasiya xətlərinin, elektrik sisteminin, qaz xətlərinin və havalandırma qurğularının mütəmadi yoxlanılması həyati əhəmiyyət daşıyır.


Onun sözlərinə görə, yanğın siqnalizasiya sistemləri daimi işlək vəziyyətdə saxlanılmalıdır. 

"Hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyə olunması üçün təxliyə planları mövcud olmalıdır. Yanğın hadisələrinin baş verməməsi üçün öncədən bütün təhlükə yarada biləcək amillər aradan qaldırılmalıdır".

Ekspert əlavə edib ki, yanğın baş verdikdə insanların düzgün davranışı zərərçəkmə hallarıının qarşısını xeyli azalda bilər:


"Ən vacib məsələ panikadan uzaq olmaqdır. İnsanlar tüstü olmayan zonalarda yerə yaxın hərəkət etməlidirlər. Tüstü yuxarıya toplandığı üçün yerə doğru uzanmaq və ya oturaraq hərəkət etmək zəhərlənmə hallarını minimuma endirir. Çıxış yolu bağlıdırsa, sakinlər qapı boşluqlarını nəm parça ilə bağlamalı və balkona çıxaraq kömək gözləməlidirlər".

Mütəxəssis vurğulayıb ki, binaların birinci mərtəbəsində restoran və digər ictimai iaşə obyektlərinin yerləşməsi əlavə risklər yaradır. Qaydalara əsasən, belə qeyri-yaşayış sahələrində təbii qazdan istifadə qadağandır:

"İctimai iaşə obyektlərində yalnız elektrik qızdırıcılarından istifadə icazəlidir. Çünki üst mərtəbədə yaşayış olduğu üçün yanğın təhlükəsi təkcə biznesə deyil, orada yaşayan insanların həyatına da risk yaradır. Restoranlarla yaşayış sahəsi arasında izolyasiya sistemi qurulmalı, tüstü və qoxunun mənzilə keçməsinin qarşısı alınmalıdır. Təhlükəsizlik tək texniki məsələlərdən ibarət deyil. Burada həm obyekt sahibinin məsuliyyəti, həm sakinlərin diqqəti, həm də ümumi maarifləndirmə böyük rol oynayır. Hər birimiz xırda detallara önəm verməliyik: qaz cihazlarını nəzarətsiz qoymamaq və elektrik avadanlıqlarından düzgün istifadə etmək. Təhlükəsizlik hamımızın birgə yaratdığı bir mədəniyyətdir", - deyə Orxan Musayev qeyd edib.

Xatırladaq ki, noyabrın 22-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib. Noyabrın 24-də isə paytaxtın Nərimanov rayonunun Yusif Vəzir Çəmənzəminli küçəsində AFEN plazada partlayış olub. Hadisə zamanı xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Azərbaycanın büdcə gəlirləri nə qədər artıb? – Maliyyə Nazirliyindən 7 aylıq hesabat 18:32 "Raketlərimiz havada istiqamətini dəyişdirə bilir" - SEPAH sözçüsü 18:20 Rusiya tankerindən sızan neft 390 kv. km-ə çatdı - RƏSMİ 09:45 Mərakeşdən İspaniyaya miqrant axını: 80 min insan! 17:59 Azərbaycanın üstünlüyünə mane olmaq istəyənlər... - Xətaiyə hücumların əsas səbəbləri 17:31 7, 4 ballıq zəlzələ ölkəni silkələdi - VİDEO 17:47 Buxarestdə zəfər: güləşçilərimiz 4 dəfə zirvəyə yüksəldi! 17:37 DİQQƏT! - Bu avtobus marşrutlarının hərəkət sxemi dəyişir 17:16 Ceymi Vardi üçün yeni macəra: “Vest Hem” gündəmdə! 17:33 Pezeşkian Müctəba Xamenei ilə 7 saat nə danışıb ? 17:10 “Yuventus”un yeni istedadı Del Pyeronun diqqətini çəkdi 17:03 Dünyada ilk! - iki ölkə arasında kanat yolu olacaq 16:56 Azərbaycanın gənc boksçuları Avropa çempionatında qüvvələrini sınayacaq 16:51 Milyonlarla il əvvəl yox olan heyvanların izi bu gün də qalır – Yeni kəşf 16:22 Niderland Qran-prisi Formula-1”dən gedir: Ferstappendən ilk açıqlama 16:36 Tümendə nəhəng neft-kimya kompleksinə PUA hücumu edildi - VİDEO 16:33 “Biz də çoxlu pul itirdik” – Həbibdən Fələstin etirafı 16:25 Xətai kimindir? Tarixçi alimdən İranın iddialarına sərt cavab 16:14 Uelbek və Hendersonun “Çelsi”yə gəlişinin səbəbi bəlli oldu 16:10 Səbəbsiz çəki itkisi ciddi xəstəliklərin əlaməti ola bilər 16:05 Teytum göz yaşlarını saxlaya bilmədi: Karyerasını bitirməyi düşündü 16:00 Azərbaycan əhalisinin gəlirləri 55,6 milyard manatı keçdi – 9,8% ARTIM 15:49 Serxi Robertodan sürpriz seçim: Karyerasını MLS-də davam etdirəcək 15:54 Rusiya bir uşağın həyatı üçün 1 milyon rubl təklif etdi 15:48 Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? 15:17 Bütün Xəbərlər