BDYPİ hərəkət iştirakçılarına müraciət etdi

BDYPİ hərəkət iştirakçılarına müraciət etdi
30.09.2025 19:05

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gözlənilən küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.

Bu barədə TodayPress TV-yə idarənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

BDYPİ verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur. “Xüsusilə, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər”, - deyə müraciətdə vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Xankəndidən sonra Ağdam: Türkiyəli jurnalistlər Qarabağda - FOTOLAR 21:36 Kiyev Aİ-yə üzv olmaq üçün istiqamətdə hərəkətə keçir - SİYAHI 21:23 Körpələrin də olduğu təyyarə burulğana düşdü - Xəsarət alanlar var 21:10 Rusiya Hindistanı razı sala bilmədi: Ən yeni qırıcıya “YOX” dedi 21:05 Tramp üçün keçirilən turnir UFC-yə “baha başa gəldi” 20:51 Üç il gizli qalan faciə: Qəzzada 112 nəfərin qalıqları tapıldı 20:38 Trampdan İrana XƏBƏRDARLIQ: Bu gün Hörmüz boğazı açılmasa… 20:24 Ər-Riyad qorxuya düşdü: Husilərlə müharibədən yayınmaq üçün gizli hərəkətə keçdi 20:15 Hindistana məxsus gəmi batırıldı 20:00 Rubio: “İran nüvə silahına sahib ola bilməz!” 19:46 25 ştat Trampa qarşı “ayağa qalxdı” - Məhkəməyə müraciət edildi 19:40 Yaxın Şərqdən gələn xəbər nefti ucuzlaşdırdı 19:24 Bu miqrantlar üçün Rusiyanın “qapısı bağlandı” - Putindən QƏRAR 19:11 Putin və Braziliyalı həmkarı Ukrayna ilə bağlı nə danışdı? 18:56 SON DƏQİQƏ: Hörmüz boğazı açıqdır 18:46 İran İraq və Küveyt sərhədinə qoşun yığır - TƏCİLİ - VİDEO 18:40 İranda güclü partlayış baş verdi - VİDEO 18:29 ABŞ və İran arasında “buzlar əriyir” - İlk ciddi irəliləyiş 18:26 Bu ölkə nüvə tullantılarını “gizlədir” - Dünyada İLK 18:16 Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi 18:10 İsrailin geri çəkilməsi üçün yeni xəritə: Livandan diqqətçəkən təklif 17:48 Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 T-72: Sovet zirehli texnikasının ən uzunömürlü nümunəsi 17:12 Bütün Xəbərlər