Bahalı materiallar, sürüşkən səkilər, arxa plana atılan təhlükəsizlik...

Bahalı materiallar, sürüşkən səkilər, arxa plana atılan təhlükəsizlik...
21.01.2026 22:32

Yağışlı və qarlı hava şəraitində insanların xəsarət almasının əsas səbəblərindən biri də səkilərdə, pilləkənlərdə və obyektlərin qarşısında istifadə olunan sürüşkən döşəmə materiallarıdır. 

Bir çox parkda, ictimai məkanda və obyekt önlərində döşənən tametlər, piltələr və daşlar yağış və qar zamanı təhlükə yaradır, piyadaların yıxılmasına səbəb olur.  

Bəs bu cür halların qarşısını almaq üçün hansı materiallara üstünlük verilməlidir?   

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, Honnover Akademiyasının akademiki, Roma şəhərinin fəxri alimi, memar Cahid Həsənov bildirib ki, memarlıq və şəhərsalma zamanı qış ayları və iqlim şəraiti mütləq nəzərə alınmalıdır.


Onun sözlərinə görə, estetik baxımdan cəlbedici görünsə də, sürüşkən materiallardan istifadə ciddi fəsadlara yol açır:   

"Bu materiallar bahalıdır, effektli görünür, obyektə zəngin görüntü verir. Lakin yağışlı və qarlı havalarda həddindən artıq sürüşkən olur və insanlar ciddi xəsarətlər alırlar. Buna görə də döşəmə materiallarında sürüşkən qranitlərdən və daşlardan istifadə edilməməlidir". 

Ekspert əlavə edib ki, bu materialların əvəzinə təhlükəsiz alternativlər mövcuddur:

"Səkilər və pilləkənlər üçün xüsusi yandırılmış qranitlər, həmçinin yerli istehsal olan, sürüşkənliyi az olan çoxsaylı döşəmə materialları var. Onlar həm rənglidir, həm estetikdir, həm də təhlükəsizdir. Açıq səma altında yerləşən səkilərdə, obyektlərin, kafe və restoranların qarşısında, pilləkənlərdə sürüşkən materiallardan istifadə birmənalı şəkildə yolverilməzdir".

Memar bu sahədə normativ tənzimləmələrin vacibliyini də vurğulayıb:

"Əslində nəzarət ilk növbədə özəl sektorun və sahibkarların üzərində olmalıdır. Çünki bu obyektlərə girib-çıxan insanlar zərər görür, nəticədə sahibkarın özü də problemlə üzləşir. Memarlıq və şəhərsalma qaydalarında sürüşkən materiallardan istifadənin qadağan olunması ilə bağlı konkret normalar hazırlanmalıdır. Belə qaydalar tətbiq olunsa, həm təhlükəsizlik təmin edilər, həm də sahibkarlar təmir və tikinti zamanı hansı materiallardan istifadə etməli olduqlarını dəqiq bilər", - deyə Cahid Həsənov qeyd edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
22 IYUN 2026
Pikassonun oğurlanmış tablosu tapıldı 21:44 Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış 21:42 DÇ-2026: Belçika - İran oyununda qalib müəyyənləşmədi 01:09 Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı 21:39 Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - FOTO 00:02 Yamal Мessini geridə qoydu 22:20 Ermənistanda seçki mübahisəsi: Konstitusiya Məhkəməsi işə baxacaq 23:09 Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO 23:06 "Neftçi" kapitanlarla bağlı qərar verdi 21:34 Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq 22:41 Ədən körfəzində gərgin anlar: tanker son anda ələ keçirilməkdən qurtuldu 20:01 "Qarabağ"dan növbəti transfer 21:24 DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi 22:08 Günəşdə güclü partlayış baş verdi 18:43 Moskvada güclü yanğın baş verdi: 60 nəfər təxliyə edildi 21:57 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO 20:24 Voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurdu 21:21 ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu 20:21 Trampın İran strategiyası: blokada, məhdud zərbələr və iqtisadi təzyiq 21:19 Qalibaf Trampın təhdidlərinə cavab verdi: "Bəyanatlarınıza fikir verin" 20:58 İran heyəti Trampın təhdidlərindən sonra danışıqlar məkanını tərk etdi 20:56 Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi BƏLLİ OLDU 15:33 "Hizbullah"dan Livana ÇAĞIRIŞ: Danışıqlara son verin 20:27 ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü 20:05 Şirvanda açıq ərazidə yanğın baş verdi - VİDEO 20:18 Bütün Xəbərlər