Azərbaycan və İran Astara Terminalında görülən işləri müzakirə etdi

Azərbaycan və İran Astara Terminalında görülən işləri müzakirə etdi
24.07.2025 11:14

Azərbaycan və İran arasında bu ölkədə yerləşən Astara Terminalında görülən işlər müzakirə olunub.

TodayPress TV “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, bu müzakirələr Səhmdar Cəmiyyətin sədri Rövşən Rüstəmovun İrana səfəri zamanı Astara Terminalında bu ölkənin Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşündə aparılıb.

Görüşdə terminalın inkişafı ilə bağlı əsas mərhələlər və icra müddətləri, terminalda aparılan tikinti işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması müzakirə olunub.

Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas elementlərindən olan Astara Terminalının tikintisi üzrə əsaslı işlər görülüb. Terminalın layihələndirmə işlərinin 90 %-i, tikinti-quraşdırma işlərinin isə təqribən 75 %-i başa çatdırılıb. 2025-ci ilin əvvəlində ADY və İran Dəmir Yolları arasında imzalanmış “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” terminalda nəzərdə tutulan işlərin vaxtında başa çatdırılmasına təkan verəcək.

Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara Terminalının inşasına start verilib. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran höküməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.

Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.

FOTOLAR

Azərbaycan və İran Astara Terminalında görülən işləri müzakirə etdi — 1
Azərbaycan və İran Astara Terminalında görülən işləri müzakirə etdi — 2
Azərbaycan və İran Astara Terminalında görülən işləri müzakirə etdi — 3
Azərbaycan və İran Astara Terminalında görülən işləri müzakirə etdi — 4
Azərbaycan və İran Astara Terminalında görülən işləri müzakirə etdi — 5
XƏBƏR LENTİ
04 AVQUST 2026
Kriştianu Ronaldonun toyu dünya ulduzlarını bir araya gətirəcək 09:29 Moskvaya dəhşətli hücum - Ölü və yaralılar var - VİDEO 09:26 Əfsanədən yeni qərar: Bundesliqadan ayrılmadı! 09:16 Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi 09:13 “Arsenal”ın ulduzu gözünü bütün kuboklara dikdi! 09:00 ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana ilk rəsmi səfərinə başladı 08:41 “Barselona” azarkeşlərini düşündürən Ferran Torres açıqlaması 08:48 Moskvaya dron hücumu: Ölənlər var - VİDEO 08:28 Krasnıy Borda nəhəng anbar vuruldu - VİDEO 08:18 Qırmızı və sarı pomidorun fərqi nədir? 00:56 Köpəkbalıqlarının qanında kokain tapıldı 00:24 Okeanın dibində “ölüm zonaları” tapıldı 00:17 Səudiyyə Ərəbistanı səhranı yaşıllaşdırır: 159 milyon ağac 23:47 Fransada çaylar bir-bir quruyur 23:35 Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər 22:34 Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 Bütün Xəbərlər