Azərbaycan Metrologiya İnstitutu III Sənaye Təhlükəsizliyi Zirvəsində təmsil olundu

Azərbaycan Metrologiya İnstitutu III Sənaye Təhlükəsizliyi Zirvəsində təmsil olundu
16.12.2025 11:20

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin (AISA) birgə təşkilatçılığı ilə keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində təmsil olunub.

TodayPress TV xəbər verir ki, “Dönüş nöqtəsi” şüarı altında təşkil olunan Zirvə görüşünün məqsədi əməyin mühafizəsi və iş mühitində təhlükəsizlik tələbləri üzrə tətbiq olunan innovativ həllərin və qabaqcıl təcrübələrin müzakirəsindən ibarətdir.

Tədbirdə təşkil olunan panel müzakirələri çərçivəsində sənaye təhlükəsizliyi, SƏTƏMM və sosial məsuliyyət mövzularında diskussiyalar aparılıb. AzMİ-nin baş direktoru Xamis Seyranov I Panel - “Qırmızı xətt” müzakirəsində “Metrologiyanın sənaye sahəsində əhəmiyyəti və elektronlaşmanın tətbiqi” mövzusu ilə çıxış edib. Metrologiyanın sənaye üçün strateji rolu, eləcə də ölçmə vasitələrinin kalibrlənməsi və yoxlanılmasının məhsul keyfiyyəti ilə yanaşı, təhlükəsizliyin təmin olunması, istehsalat proseslərinin təhlükəsizliyi və resurslardan səmərəli istifadədə əhəmiyyəti vurğulanıb. Həmçinin müvafiq sahədə həyata keçirilən rəqəmsallaşma tədbirləri, ölçmə proseslərinin optimallaşdırılması, avtomatlaşdırılmış mexanizmlərin tətbiqi və süni intellekt imkanlarının ölçmə dəqiqliyinin artırılması istiqamətində yaratdığı üstünlüklər barədə ətraflı məlumat verilib.

Sözügedən paneldə AzMİ nümayəndəsi ilə yanaşı, SOCAR prezidentinin sağlamlıq və əməyin mühafizəsi üzrə müşaviri Məmməd Əlizadə, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ofisinin Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev, "Prime Cotton" MMC-nin baş icraçı direktoru Rövşən Mahmudov və “AZCON Holding”in SƏTƏMM şöbəsinin müdiri Samir Əliyev iştirak ediblər.

TodayPress TV

FOTOLAR

Azərbaycan Metrologiya İnstitutu III Sənaye Təhlükəsizliyi Zirvəsində təmsil olundu — 1
XƏBƏR LENTİ
12 AVQUST 2026
Səfir: Azərbaycan Vaşinqtondan minatəmizləmə sahəsində dəstək gözləyir 15:28 Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi 15:22 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Günəş tutulması görmə qabiliyyətinə zərər verə bilər 14:54 Qessan “Kristal Pelas”a qayıtdı: yeni mövsümə yeni hədəflərlə! 15:20 Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı 13:54 Elektron attestatlar qəbul edilmir? - Valideynlər narahatdır... 14:05 Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama 14:09 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü keçdi 13:50 İsraillə əməkdaşlıq edən ölkələr üçlü ittifaqa qoşularsa, nə olacaq? - ŞƏRH 13:47 “Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir 13:10 Sabahın havası açıqlandı - PROQNOZ 13:27 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH 13:05 Çində Azərbaycan zəfəri! Vüqar Rəsulov turnirin qalibi oldu 13:06 Rusiya Kiyevə hücum etdi - VİDEO 12:35 Prezidentin yeni təyinat verdiyi Nərminə Mustafayeva kimdir? – DOSYE 12:13 Azərbaycanda işsizlərin sayı artdı 11:17 Azərbaycanda mənzillər bahalaşdı 11:45 Bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:40 Bütün Xəbərlər