Avtobuslarda kondisionerlər niyə işləmir? – AYDINLIQ GƏTİRİLDİ

Avtobuslarda kondisionerlər niyə işləmir? – AYDINLIQ GƏTİRİLDİ
20.06.2025 17:57

Hər il yayın gəlməsi ilə aktuallaşan problemlərdən biri də avtobuslarda kondisionerlərin işləməməsi və ya ümumiyyətlə olmamasıdır.  

Nəqliyyat eksperti Rauf Ağamirzəyev məsələ ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, ictimai nəqliyyatda istifadə olunan istənilən avadanlıq istismar edildikcə sıradan çıxa bilər. 

Onun sözlərinə görə, bu cür texniki risklərin minimuma endirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi üçün daşıyıcı şirkətlərin maliyyə dayanıqlığının təmin olunması vacibdir.   

Ekspert həll yolunu brutto müqavilələrə keçiddə görür:

“Bu riskləri azaltmaq və keyfiyyətli xidmət təmin etmək üçün brutto müqavilələrə keçid vacibdir. Belə müqavilələr sürücülərə amortizasiya və digər xərcləri ödəməyə imkan verir, nəticədə xidmətin keyfiyyəti artır. Müqavilə sürücülərin sosial rifahının da yüksəlməsinə və nəqliyyat sistemində dayanıqlılığın təmin olunmasına səbəb olacaq”. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə TodayPress-in sorğusuna cavab bildirilib ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Havanın temperaturundan asılı olaraq, avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi üçün tapşırıqlar verilir.

Türkan İsgəndərli

FOTOLAR

Avtobuslarda kondisionerlər niyə işləmir? – AYDINLIQ GƏTİRİLDİ — 1
XƏBƏR LENTİ
18 AVQUST 2026
AFFA-da səs-küylü dəyişiklik: iki departament rəhbəri işdən çıxarıldı 14:14 “Golden Boy-2026” uğrunda mübarizədə Pau Kubarsi hamını qabaqladı 14:01 Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı 13:55 ABŞ-də müharibə təşvişi: Trampın reytinqi ən aşağı səviyyəyə gerilədi 13:49 Antonellinin böyük arzusu: “Ferrari” sükanı arxasına keçəcək 13:36 Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı 13:27 Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb 13:08 Tramp Omanı hədələdi – Konqres hərəkətə keçdi 12:33 Vembanyama milli forma üçün motivasiyasını belə ifadə etdi 12:40 Sabah 37 dərəcə isti olacaq 12:38 Bruno Fernandeşin “Mançester Yunayted”də gələcəyi ilə bağlı qərar verildi 12:29 Məhkəmə İmran Xan barəsində qərar verdi 12:22 Dünya çempionatında bir idmançımız yoluna davam edir 12:14 İki avarçəkənimiz Amsterdamda Azərbaycan bayrağını zirvəyə daşımağa çalışacaq 11:56 Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib - BƏYANAT 11:45 Qalibaf İraqa gedir 11:07 Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi 11:26 Yer kürəsində maqnit fırtınası başladı – XƏBƏRDARLIQ 10:59 Mudrikin dönüşü yaxınlaşır: İngiltərədən ona ciddi təklif var 11:00 Putinin Kuril səfəri Yaponiyanı qəzəbləndirdi: Rusiyadan Tokioya sərt reaksiya 10:58 Banuçiçək Nəsirli Avropa çempionatında bürünc medalı təmin etdi 10:44 NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır 10:43 Cənubi Koreya hərəkətə keçir: Tramp və Kim arasında görüş baş tutacaq? 10:25 Yunanıstan tankerinə hücum edildi 10:14 Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bütün Xəbərlər