"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi” “Atəşgah” Sığorta Şirkəti ilə əməkdaşlığı genişləndirir

"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi”  “Atəşgah” Sığorta Şirkəti  ilə əməkdaşlığı genişləndirir
06.10.2025 18:52

"ASAN xidmət"in “İnnovasiyalar Mərkəzi”  “Atəşgah” Sığorta Şirkəti  ilə əməkdaşlığı genişləndirir.

Bu barədə TodayPress TV-yə qurumdan bildirilib.  

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” ilə “Atəşgah” Sığorta Şirkəti ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi “İnnovasiyalar Mərkəzi”-nin direktoru Vüsal Rüstəmov və “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov imzalayıblar.

Memorandum çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzində “AI Zone” otağı yaradılıb və burada praktiki süni zəka təlimlərinin təşkili nəzərdə tutulur. 

Həmçinin tərəflər innovativ maarifləndirmə və korporativ sosial məsuliyyət sahələrində birgə layihələrin icrasını, tələbə təcrübə proqramlarının həyata keçirilməsini təmin edəcəklər.

İmzalanma mərasimindən sonra tərəflər “AI Zone” otağının imkanları və gələcək təlim konsepsiyası ilə tanış olublar.

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 Bütün Xəbərlər