AQTA-da Zəfər Günü qeyd olundu

AQTA-da Zəfər Günü qeyd olundu
06.11.2025 14:32

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşlarla birgə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən TodayPress TV - a verilən məlumata görə, mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Azərbaycan Ordusunun şücaətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad etməsi nəticəsində qazanılan tarixi Qələbə ilə 30 ilə yaxın davam edən ədalətsizlik və işğal dövrünə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb.

Tədbirdə Vətən müharibəsində iştirak etmiş agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüblər və onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

XƏBƏR LENTİ
21 IYUN 2026
ADPU-nun müəllimi vəfat etdi 23:29 Sübut yoxdur, ittiham var! - Öldürdükləri jurnalistə qara yaxdılar... 23:36 Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var 22:53 "Narıncılar" Hyustonda fırtına qopardı: İsveç 5 qolla darmadağın edildi! 23:23 Hindistan bayraqlı tankerlər Hörmüz boğazındakı böhran zonasını itkisiz geridə qoydu 22:50 67 yaşlı qadının meyiti tapıldı 22:45 Pakistan rəhbərliyi ABŞ-İran danışıqları üçün İsveçrəyə gedəcək 22:44 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada öldü 22:14 Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA 22:17 Petrodan Trampa çağırış: "İsrailin Livana hücumlarını dayandırın" 22:03 Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi 22:03 Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi 21:21 Zelenski "Ağ qartal" ordenini Navrotskiyə göndərdi: Səbəbini açıqladı 21:26 "Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub etdi 20:45 Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirildi 20:32 TƏCİLİ: Ukraynanın hər yerində həyəcan siqnalı verildi - Rusiya hücuma keçdi 21:05 İsrail XİN: "Hizbullah" atəşkəsi davamlı olaraq pozur 20:58 5,4 milyonluq tütün qaçaqmalçılığı: liman və gömrük rəsmiləri hakim qarşısına çıxacaq 20:15 Livanda ölənlərin sayı 4 mini keçdi 20:22 Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ 20:09 Meloni Trampa cavab verdi: Öz populyarlığına diqqət yetirsən, daha yaxşı olar 19:39 Müharibənin dördüncü ilində Qərbin yeni "taktikası" nədir? 20:08 "Neftçi"də daxili transfer: Dayaq nöqtəsi komandada qaldı 19:43 İran Hörmüzü bağladı, ABŞ ordusu hərkətə keçdi - "Boğaz açıqdır" 19:55 Livanda silahlar susur? - Netanyahu ƏMR VERDİ 19:48 Bütün Xəbərlər