AQC İdarə Heyətinin növbəti iclası keçirildi

AQC İdarə Heyətinin növbəti iclası keçirildi
10.10.2025 15:50

9 oktyabr 2025-ci il tarixində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu barədə TodayPress TV-yə AQC İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, iclasda bir neçə istiqamətdə məsələlər müzakirə olunub. 

İlk olaraq Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanuna əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünün AQC tərəfindən əvvəllər dəfələrlə irəli sürüldüyü qeyd olunub və  bildirilib ki, sözügedən qanuna dəyişikliklərin qəbulu zəruridir. AQC İdarə Heyətinin sədi Vüqar Orucun AQC İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə verdiyi açıqlamada bildirilir ki, AQC rəhbərliyi  bununla bağlı müvafiq komissiya yaradılması, əlavə və dəyişiklilkər barədə təkliflər isə isə şəffaf və ictimai müzakirəyə açıq şəkildə, bütün üzvlərin iştirakı ilə qəbul edilməsinin zəruriliyini vurğulayıb..

İclasda qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, qiymətləndirmə fəaliyyəti beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı və 9 istiqamət birləşdirilərək 3 fəaliyyət ilə məhdudlaşdırılmalıdır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rəqabət Məcəlləsinə, şəffaflığa və ədalət prinsiplərinə uyğun olaraq qiymətləndirmə sektorunun tənzimlənməsində Qazaxıstan modelinə üstünlük verilməsini təklif edir.  Belə ki, bu modeldə tənzimləmə həm müvafiq dövlət qurumları, həm də tənzimləyici təşkilatlar tərəfindən həyata keçirilir. Tənzimləyici təşkilatlar dedikdə, hər hansı bir qurum deyil, qiymətləndiricilərin qanun çərçivəsində fəaliyyət göstərən birlikləri nəzərdə tutulur. Qazaxıstanda mövcud olan 4 palata var ki, burada hər bir palatada minimum  30 şirkət və ya qiymətləndirmə mütəxəssisi könüllü şəkildə birləşərək qiymətləndirmə fəaliyyətini həyata keçirə bilir. Bu sektorda tək hakimiyyətliliyin qarşısının alınması və rəqabət mühitinin formalaşması üçün vacib məqamdır.

Daha sonra qiymətləndiricilərin peşə bayramı təşəbbüsü ilə bağlı çıxışlar səsləndirilib. 2023-cü il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidentinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun imzaladığı həmin tarix qiymətləndiricilərin peşə bayramı kimi qeyd olunması barədə müvafiq qurumlara təklif göndərilməsi qərara alınıb.

Eyni zamanda, AQC-nə qarşı edilən təxribatlarla bağlı müzakirələr aparılıb və idarə heyətinin üzvləri yekdilliklə bildiriblər ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bütün bu cəhdlərə baxmayaraq ədalətli, rəqabətə əsaslanan və assosiativ fəaliyyətini davam etdirəcək. Bu istiqamətdə atılan addımlar AQC-ni hədəflərindən döndərə bilməyəcək. 

AQC-yə qarşı təxribatlarla bağlı dövlət və hüquq-mühafizə orqanlarına müraciət edilməsi barədə qərar qəbul olunub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti “İqtisadiyyat və Qiymətləndirmə” adlı elmi jurnalın təsis edilməsi barədə qərar qəbul edib. Bu jurnal ölkədə iqtisadi müzakirələrin və debatların aparılmasına, qiymətləndirmə sahəsinin inkişafına, eləcə də Azərbaycanın iqtisadi problemlərinin və onların həlli yollarının elmi şəkildə təhlilinə xidmət edəcək. 

Bütün bunların fonunda, Azərbaycan ərazisində qüvvədə olan qiymətləndirmə standartları barədə aparılan müzakirələrdə AQC İdarə Heyətində müvafiq qərarların qəbul edilməsi ilə bağlı yekdil fikir formalaşıb.

Toplantının sonunda qiymətləndirmə  kurslarının təşkili ilə bağlı pandemiyadan sonrakı dövr nəzərə alınaraq, kursların “online” qaydada təşkilinin vacibliyi vurğulanıb.

İclasın sonunda AQC rəhbərliyi tərəfindən Mərkəzi Bank, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə görüşlərin təşkili və qiymətləndiricilərin problemləri ilə bağlı müzakirələrin aparılması üçün müraciət edilməsi qərara alınıb.

TodayPress TV

FOTOLAR

AQC İdarə Heyətinin növbəti iclası keçirildi — 1
AQC İdarə Heyətinin növbəti iclası keçirildi — 2
AQC İdarə Heyətinin növbəti iclası keçirildi — 3
AQC İdarə Heyətinin növbəti iclası keçirildi — 4
AQC İdarə Heyətinin növbəti iclası keçirildi — 5
AQC İdarə Heyətinin növbəti iclası keçirildi — 6
XƏBƏR LENTİ
31 IYUL 2026
İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 Bütün Xəbərlər