Ağsu dolaylarında hərəkət bərpa edildi

Ağsu dolaylarında hərəkət bərpa edildi
04.01.2026 21:15

Ağsu aşırımında nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

TodayPress TV  xəbər verir ki, bu gün Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində buzlaşma səbəbindən bağlanan yol yenidən nəqliyyat vasitələrinin istifadəsinə açılıb. Hazırda hər iki zolaq üzrə hərəkət təmin olunub, sürücülər paytaxta və əks istiqamətlərə doğru maneəsiz hərəkət edə bilirlər.

Bununla belə, gecə saatlarında havanın temperaturunun aşağı düşməsi nəticəsində yolun sərt enişli-yoxuşlu və döngəli hissələrində yenidən buzlaşma ehtimalının yüksək olduğu bildirilir. Bu səbəbdən sürücülərə həmin saatlarda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Xatırladaq ki, günorta saatlarında Ağsu aşırımında yolun bir nöqtəsində hərəkət hissəsinin hər iki zolağı buz bağladığından nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam dayanmışdı. Dərhal əraziyə yol polisi əməkdaşları və digər aidiyyəti qurumların texnikası cəlb edilib.

Buzlaşmanın aradan qaldırılması məqsədilə yolun təhlükəli hissələrinə qum-duz qarışığı səpilib. Görülən tədbirlərdən sonra buz qatı tədricən əriməyə başlayıb və nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə bərpa olunub.

Hadisə zamanı bəzi avtomobillərin yoldan çıxmasına baxmayaraq, xoşbəxtlikdən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Polis əməkdaşları hazırda da ərazidə xidmət apararaq hərəkətin təhlükəsizliyini təmin edirlər.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz 21:49 Yaddaşı yaxşılaşdırdığı düşünülən omeqa-3 haqqında yeni faktlar üzə çıxdı 21:48 Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı 21:46 Pikassonun oğurlanmış tablosu tapıldı 21:44 Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış 21:42 DÇ-2026: Belçika - İran oyununda qalib müəyyənləşmədi 01:09 Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı 21:39 Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - FOTO 00:02 Yamal Мessini geridə qoydu 22:20 Ermənistanda seçki mübahisəsi: Konstitusiya Məhkəməsi işə baxacaq 23:09 Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO 23:06 "Neftçi" kapitanlarla bağlı qərar verdi 21:34 Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq 22:41 Ədən körfəzində gərgin anlar: tanker son anda ələ keçirilməkdən qurtuldu 20:01 "Qarabağ"dan növbəti transfer 21:24 DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi 22:08 Günəşdə güclü partlayış baş verdi 18:43 Moskvada güclü yanğın baş verdi: 60 nəfər təxliyə edildi 21:57 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO 20:24 Voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurdu 21:21 ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu 20:21 Trampın İran strategiyası: blokada, məhdud zərbələr və iqtisadi təzyiq 21:19 Qalibaf Trampın təhdidlərinə cavab verdi: "Bəyanatlarınıza fikir verin" 20:58 İran heyəti Trampın təhdidlərindən sonra danışıqlar məkanını tərk etdi 20:56 Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi BƏLLİ OLDU 15:33 Bütün Xəbərlər