Ağır qəzada həlak olan Məryəmin orqanları altı nəfərə həyat verdi - VİDEO

Ağır qəzada həlak olan Məryəmin orqanları altı nəfərə həyat verdi - VİDEO
17.06.2026 22:33

Bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsində həyatını itirən Məryəm Əliyeva Gəncədə son mənzilə yola salınıb. Mərhumun ölümündən sonra yayılan xəbər isə demək olar ki, hər kəsi təsirləndirib. Belə ki, onun orqanlarının bağışlanması nəticəsində altı nəfər yaşamaq şansı qazanıb.

TodayPress TV xəbər verir ki, mərhumun qohumu Nicat Əliyev qəza barədə Baku TV-yə danışıb.

"Hadisə Bakıda, Babək prospektində baş verib. Avtomobildə sərnişin kimi gedirdi. Qəza nəticəsində beyin zədəsi almışdı. Xəstəxanaya çatdırıldıqdan sonra beyin ölümü qeydə alındı. Orqan donorluğu ilə bağlı qərar ailənin, xüsusilə də valideynlərin qərarı idi. Onlara bu barədə təklif olundu və valideynlər tərəddüd etmədən razılıq verdilər.

Bu, çox ağır və çətin qərar idi. Belə acılı gündə bunu etmək heç də asan deyil. Sən demə, Məryəm də dostlarına deyirmiş ki, əgər donor ola biləcəyini bilsə, bir saniyə belə tərəddüd etməzdi.

Ailə düşündü ki, bu addımla bir neçə insan həyata qayıda bilər. Elə də oldu. Altı nəfərin həyatı xilas edildi", - o deyib.

Qeyd edək ki, mərhum Məryəm Əliyeva bloqer Nərmin Əliyevanın bacısı olub. Bu barədə bloqerin özü də məlumat verərək bacısının orqanlarının altı nəfərə həyat verdiyini bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Bütün Xəbərlər