Agentliyin həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirildi

Agentliyin həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirildi
09.07.2025 18:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Malayziya hökumətinin İnsan Resursları Nazirliyinin tabeliyində Sosial Təminat Qurumunun (PERKESO) birgə təşkilatçılığı ilə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində beynəlxalq tədbir keçirilib. 

“İşaxtaranlara dəstək: İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin rəqəmsal platformalar üzrə ən yaxşı təcrübələri” mövzusunda baş tutan tədbirdə Azərbaycanı Agentliyin İdarə Heyəti sədrinin müavini Hasil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 

Tədbirin açılış mərasimində çıxış edən Malayziyanın insan resursları naziri Encik Steven Sim Chee Keong təşkilatçılara təşəkkürünü bildirib. Tədbir çərçivəsində baş tutacaq seminar və vörkşopların müxtəlif ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. 

Tədbirdə çıxış edən sədr müavini qurumun həyata keçirdiyi rəqəmsal layihələri təqdim edib, “Əmək və məşğulluq” altsistemi, “Məzunların məşğulluq reytinqi” platforması və yaxın zamanda istifadəyə verilməsi planlaşdırılan yeni rəqəmsal həllər barədə ətraflı məlumat verib.

İki gün davam edən tədbirdə innovativ iş portalları, iş axtarışı texnologiyasında gələcək trendlər, işəgötürənlərin və dövlət qurumlarının məşğulluq sahəsindəki rolu kimi mövzularda təqdimatlar edilib, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, beynəlxalq tədbirdə İƏT-in İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) 20-yə yaxın üzv ölkəsindən nümayəndələr iştirak ediblər.

FOTOLAR

Agentliyin həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirildi — 1
Agentliyin həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirildi — 2
Agentliyin həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirildi — 3
Agentliyin həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirildi — 4
XƏBƏR LENTİ
16 IYUN 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 Bütün Xəbərlər