Bərabərlik hüququnun təmininə dair sosial videoçarx hazırlandı

Bərabərlik hüququnun təmininə dair sosial videoçarx hazırlandı
21.05.2025 12:29 Cəmiyyət

 Bərabərlik hüququ və bərabər hüquqi rəftar, hüququn hamılıqla qəbul edilmiş bir prinsipidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin də əsas qayəsi hər bir kəsin ayrı-seçkiliyə məruz qalmadan bərabər şəkildə hüquqlardan istifadə etməsidir.

TodayPress TV xəbər verir ki, Azərbaycanda hüquq bərabərliyinin təmin olunması və ayrı-seçkiliyn aradan qaldırılması dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir və hazırda qüvvədə olan milli qanunvericilikdə ayrı-seçkiliyn qadağan olunmasına, hüquq bərabərliyinin təmini və təşviq edilməsinə yönəlmiş müddəalar vardır.

Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən Azərbaycan Ombudsmanı bütün digər hüquqlarla yanaşı, insanların bərabərlik hüququnun müdafiəsi və təşviqi sahəsində mühüm səlahiyyətlərə malikdir.

Bərabərlik hüququnun təşviqi və ayrı-seçkiliyin aradan qaldırılması sahəsində ictimai məlumatlılığın artırılması zərurətini nəzərə alaraq Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə sosial videoçarx hazırlanıb. 

Videoda mültikulturalizm və çox millətlilik kimi dəyərlərin daima qorunub saxlandığı ölkəmizdə əhalinin müxtəlif həssas qrupları da daxil olmaqla, bütün şəxslərin eyni hüquq və azadlıqlara malik olduğu, heç kimin qanunla müdafiə edilən və malik olduğu əlamətlərə, yəni, cinsinə, irqinə (dərsinin rənginə), məhkumluq keçmişinə, əlilliyə, yaşına, dininə və sairə xüsusiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalmasının yolverilməz olduğu qeyd edilir.

Habelə, gender bərabərliyi baxımından kişi və qadınların eyni hüquq və azadlıqlara, eləcə də ailədə, xüsusilə övladlarına qarşı ümumi öhdəliklərə sahib olduğu diqqətə çatdırılır. 

Videoçarx ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: 

https://bit.ly/4ks3hor 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər