Ramiz Yunus: “Azərbaycan regionda status-kvonu dəyişərək liderə çevrilib”

Ramiz Yunus: “Azərbaycan regionda status-kvonu dəyişərək liderə çevrilib”
25.11.2025 10:45

"Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə təkcə Ermənistan üzərində yox, həmçinin Rusiya, İran və Qərb üzərində qazanılan qələbə idi".

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu universitetdə keçirilən “Dünya nizamında xaos: Azərbaycan və Cənubi Qafqaz üçün risklər və imkanlar” mövzusunda mühazirəsində deyib. 

O bu qələbəni "xeyirin şər üzərində qələbəsi" adlandırıb: 

"8 noyabrda Azərbaycan Vətən müharibəsində Qələbənin 5-ci ildönümünü qeyd etdi. Bu Zəfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə bərpa etməklə təkcə uzun illər ərzində ərazilərimizin 20 faizini işğal altında saxlayan Ermənistan üzərində qazanılan qələbə deyildi. Eyni zamanda bu həmin illər ərzində Ermənistanın arxasında dayanan və Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğalına kömək edən Rusiya üzərində qələbə idi. Onu da qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi zamanı 44 gün ərzində Rusiya İrandan hava yolu ilə Ermənistana hərbi təchizat göndərirdi. Bu Qələbə, həmçinin Azərbaycana qarşı satqınlıq edən və ikili standartlarla çıxış edən Qərbin ikiüzlü siyasəti üzərində əldə olunmuş zəfərdir. Çünki bütün bu illər ərzində yalançı Qərb və onun qurumları beynəlxalq hüququ tapdayaraq Ermənistanın simasında işğalçıya dəstək vermiş və torpaqlarımızın işğalına göz yummuşdu. Bu, xeyirin şər üzərində qələbəsi, ədalətin qələbəsidir. Hamımız buna inanırdıq və o gün gəldi".

Professor ifadə edib ki, qalib xalq olmaq hissi hər bir azərbaycanlının qəlbində qürur doğurur:

"Bu zəfər Azərbaycanın igid övladlarının qanı, qəhrəman şəhidlərimizin və Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun böyük fədakarlığı hesabına əldə olunub. O ordunun arxasında isə bütün Azərbaycan xalqı dayanırdı".  

R.Yunus əlavə edib ki, güclü birlik və on milyonluq xalqın yekdil iradəsi nəticəsində Azərbaycan regionda status-kvonu tam dəyişərək lider dövlətə çevrilib:

"Bu gün Azərbaycanın fikri və mövqeyi Vaşinqtonda, Brüsseldə, Parisdə, Moskvada və Tehranda nəzərə alınır — elə o mərkəzlərdə ki, cəmi beş il əvvəl Azərbaycana təzyiq göstərir, təcavüzkar Ermənistanı dəstəkləyirdilər. Biz öz qələbəmizə olan inamımızla həmin mərkəzlərin illərlə formalaşdırdığı yalan və ədalətsizlik paradiqmasını sındırdıq".  

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bütün Xəbərlər