Dilicandakı təcili görüşün pərdəarxası: Paşinyan ilk dəfə açıqladı!

Dilicandakı təcili görüşün pərdəarxası: Paşinyan ilk dəfə açıqladı!
18.06.2026 15:23

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə təmasda olmağı mən tapşırmışam”.

TodayPress TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan Qriqoryanla Hacıyev arasında Dilicanda keçirilən görüş barədə jurnalistlərə danışarkən deyib.

“İkincisi, həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyəti gərginləşdirə biləcək müəyyən tendensiyalar gördük, buna görə də, biz də zəruri olduğu üçün vəziyyəti idarə etməklə məşğuluq”, – Baş nazir bildirib.

Paşinyan əlavə edib ki, onlar heç kimə heç bir izahat vermirlər: “Digər tərəfdən, dünyanın bütün ölkələri ilə əsas diplomatik iş məhz bununla bağlıdır: tərəflər öz mövqelərini və narahatlıqlarını aydınlaşdırırlar”.

Baş nazir görüşdə sərhəd və onlarla başqa məsələnin müzakirə olunduğunu da söyləyib:

“Əslində, dünən parlamentdə bu məsələ ətraflı müzakirə olunub və əlavə edəcək bir şey yoxdur. Vacib görüş idi və onun regiondan kənarda deyil, Ermənistanda baş tutması vacibdir. Bu o deməkdir ki, biz sülh prosesində irəliləyirik, bütün mümkün riskləri idarə edirik”.

O vurğulayıb ki, onlar daxili siyasi həyatı heç kimlə müzakirə etmirlər: “Amma digər tərəfdən, biz seçkilərin siyasi nəticələrini və seçkilərdən irəli gələn strategiyaları istisnasız olaraq bütün dünya, o cümlədən bütün beynəlxalq tərəfdaşlarla bölüşürük”.

Xatırladaq ki, Ermənistan hökumətinin başçısı dünən Dilican görüşü ilə bağlı bunları söyləmişdi:

“Ermənistanda “Qarabağ hərəkatı”nı davam etdirməməlidir. Ölkəmizin parlamentində həmin (ləğv edilmiş separatçı rejimin) bayrağının olması müharibə təhlükəsi deməkdir. Son görüş məhz həmin müharibə təhlükəsini idarə etmək məqsədi daşıyıb.

Çox maraqlıdır ki, mən əvvəllər belə sürətlə görüşlərin təşkil olunduğunu xatırlamıram. Çünki adətən “kim gələcək, hara gələcək, nə vaxt gələcək” kimi məsələlər uzun vaxt aparırdı. Amma bu onu göstərir ki, hər iki tərəfdə burada hansısa təxribat və ya sui-qəsd xarakterli planın mövcud olduğu hissi var idi və buna reaksiya vermək lazım gəlirdi”.

Paşinyan bu formatda görüşün ilk dəfə Ermənistanda keçirildiyini, növbəti görüşün Azərbaycanda baş tutacağını da açıqlamışdı: “Ermənistan və Azərbaycanın bununla sülh gündəliyinə sadiqliklərini bir daha təsdiqləməsi çox vacibdir”.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Özünüzə nəyi arzu edirsinizsə, başınıza da o gəlir: Ölüm istəyənə ölüm, yaşam istəyənə ömür 16:55 Rusiyanın "qara günü" - Neft yağışının tükürpədən kadrları 16:45 Ermənilər Gümrüdə Sovet abidəsinə nə etdilərsə - Rusiya nota yolladı 16:45 Qulaqda küy niyə yaranır? Tinnitusun mümkün səbəbləri və yardım yolları 15:55 Ruslar Bakıda bu suala cavab axtarır: Azərbaycanla münasibətləri necə inkişaf etdirə bilərik? 16:35 Adına Bakıda küçə var, Ermənistanda isə onu xatırlayan çoxları – Şirin Mirzəyevi minaya necə saldılar? 16:18 17 yaşlı qızın soyumamış bədəni sosial şəbəkədə qaldı: “Əxlaq polisləri” hücuma keçdi 16:02 Zelenski Rusiyanın "atasına od qoyur" - Napoleondan 214 il sonra Moskvanı yandırdılar 15:49 Qaş və kirpik baxımında istifadə olunan 7 təbii gücləndirici üsul 15:50 Koçaryanın hava limanındakı gizli fotosu necə sızdı? — Paşinyandan ŞOK ETİRAF 15:42 Bakıda sakinlərin 34 ildir “qoruduqları” qatil – Onu niyə təslim etmirik? 15:38 Dilicandakı təcili görüşün pərdəarxası: Paşinyan ilk dəfə açıqladı! 15:29 Ukraynanın arxasındakı güc ortaya çıxdı: Ərdoğan Rusiyanı bütün cəbhələrdə məğlub etdi 15:13 Prezident: Ermənilərin məscidlərimizdə donuz saxlamaqlarını heç vaxt unutmayacağıq 15:17 Müharibənin acı mənzərəsi gözlər önünə sərildi: 555 nəfər artıq yoxdur... 15:02 Şıxovdan dənizə axıdılır - Əhali narahat olub, yerin altını dinləyir 14:46 Azərbaycanlı sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu 14:47 "Araz-Naxçıvan"da yeni müqavilə 14:33 Yolunu tapdılar: Repetitorluq bitir 14:22 Azərbaycan xalqı Qarabağa köçür 14:16 Asiyanın ən varlı ölkəsi ilə viza aradan qalxır 14:13 Hamı Aykut Kocamanı gözləyirdi, amma sürpriz qərar verildi: "Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu 13:52 Rusiya nə qədər vursa da, Moskva səması Ukrayna PUA-ları ilə doludur 13:54 Konate "Real"da - RƏSMİ 13:45 Zahid Oruc: ”Gələcəyin zənginlik və kasıblıq bölgüsündə meyarlar dəyişir” 13:27 Bütün Xəbərlər