Qızlar imtahanlarda niyə daha yüksək nəticə göstərir?

Qızlar imtahanlarda niyə daha yüksək nəticə göstərir?
25.06.2026 15:21

Son illər Azərbaycanın universitet qəbul imtahanlarında ən yüksək balları ən çox qızlar toplayır. Bu, təsadüfi bir hadisə deyil. Artıq neçə ildir ki, statistika eyni mənzərəni göstərir, qız abituriyentlərin orta balı oğlanlardan xeyli yüksəkdir.

Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev deyib ki, qızlar oğlanlara nisbətən daha məsuliyyətli və intizamlıdır.


Onun sözlərinə görə, qızlar adətən dərsə daha mütəşəkkil yanaşır, vaxtlarını daha yaxşı planlaşdırır və imtahana sistemli hazırlaşırlar:

"Oğlanlar isə tez-tez son günlərə saxlayır, diqqətləri daha asan dağılır. Qızlar daha çox kitab oxuyur, mətnlə işləməyə, əzbərləməyə və yazılı cavab verməyə daha meyilli olurlar. Digər səbəb ailə və cəmiyyət təzyiqidir. Bir çox ailədə qız uşağının "yaxşı oxuyub ali məktəbə girməsi" daha önəmli sayılır. Qızlar evdə daha çox nəzarət altında olur, telefonda, küçədə vaxt keçirmək imkanları məhdudlaşır. Bu da istər-istəməz dərsə ayrılan vaxtı artırır. Oğlanlar isə daha sərbəst böyüyür, idman, oyun, dostlarla vaxt keçirmək kimi şeylərə daha çox vaxt sərf edirlər".

Ekspert əlavə edib ki, bioloji və psixoloji fərqlər də rol oynayır:

"Qızlar orta məktəb illərində emosional və intellektual cəhətdən daha tez yetkinləşirlər. Konsentrasiya qabiliyyətləri bu dövrdə daha stabil olur. Əlbəttə, bu ümumi tendensiyadır. Əvvəlki illərdə qız uşaqlarının təhsildən kənarlaşdırılması və ya təhsildən yayınması hallarında valideynlərin müəyyən qədər təsiri və təzyiqi hiss olunurdusa, hazırda regionlarda belə valideynlər qız övladlarının təhsil almasına daha çox maraq göstərir və bu istiqamətdə zəruri addımlar atırlar. Bu, istər maliyyə dəstəyi, istərsə də digər imkanların yaradılması formasında özünü göstərir.

Məhz buna görə də hazırda qız şagirdlərin və abituriyentlərin təhsilə daha çox diqqət ayırması, dərslərinə daha ciddi yanaşması onların yüksək nəticələr əldə etməsinə təsir göstərən əsas amillərdən biridir.

Bununla yanaşı bəzi bölgələrdə erkən nikah və təhsildən uzaqlaşma halları müşahidə olunurdu. Lakin dövlət qurumları, qeyri-hökumət təşkilatları və digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri müəyyən nəticələr verib".

Ramin Nurəliyev vurğulayıb ki, n
əticədə valideynlərin qız övladlarının təhsil almasına marağının artdığı açıq şəkildə görünür. Bu tendensiya isə ümumilikdə təhsilin inkişafına və təhsil göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərir.

Qeyd edək ki, Martın 15-də keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimum nəticə toplayıb. 

Həmin şagirdlər Zərbəliyeva Zəhra Polad qızı, Həsənli Bəxtiyar Vüqar oğlu, Tağızadə Samir Hikmət oğlu, Qayıbova Emiliya Vitalik qızı, Məcidli Burlaxatun Bəhruz qızı, Vəlizadə Rafiq Ramil oğlu, Əsgərov Əli Mübariz oğlu, Məmmədli Nəslihan Ruhin qızı və Xammədova Zəhra Xamməd qızıdır.

Qəbul imtahanında isə maksimum nəticəni 3 abituriyent əldə edib. Onlar IV ixtisas qrupu üzrə Hümbətova Ayan Xəqani qızı, I ixtisas qrupu üzrə Hüseynli Leyla Samir qızı və Zeynalova Nargilə İlkin qızıdır.

Ümumilikdə isə Burlaxatun Bəhruz qızı Məcidli hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni - 700 balı əldə edib. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Prezident səfiri geri çağırdı - SƏRƏNCAM 16:40 "İntellektual gömrük" informasiya sistemi yaradılır 16:37 Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu 16:34 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi 16:31 Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verildi - SƏRƏNCAM 16:28 Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü - FOTO 16:17 Hiperkalsemiya nədir? Kalsium artıqlığının səbəbləri və müalicə üsulları 16:05 Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi - FƏRMAN 16:00 Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etdi 15:52 Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi 15:47 Qızlar imtahanlarda niyə daha yüksək nəticə göstərir? 15:21 Ceyhun Bayramov polşalı həmkarı ilə müzakirələr apardı 15:11 Paşinyan Azərbaycana görə hər kəsi qarşısına aldı 14:59 MM-in növbədənkənar sessiyasında bu məsələlər müzakirə olunacaq 14:59 Venesuelada ağır humanitar fəlakət: Ölənlərin sayısı 100 mini keçə bilər! - VİDEO - YENİLƏNDİ 2 10:00 FIFA Nepal futbolunu beynəlxalq arenadan kənarlaşdırdı 14:46 Zelenski Lukaşenkonu necə qorxutdusa, hər şeyi atıb Putinin yanına qaçır 14:40 Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək - TƏSDİQLƏNDİ 14:36 "Maliyyə icarəsi haqqında" qanun qüvvəyə minəcək 14:27 Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNDİ 2 10:44 Rusiyanın buna haqqı varmı? – Paşinyan əsəbiləşdi 14:11 İrəvan gözünü Avropaya dikdi, Paşinyan Orta Dəhlizə şərik çıxmaq istəyir! 13:48 Azərbaycan Venesuelaya başsağlığı verdi 13:47 Almaniya Türkiyədə “Patriot” HHM sistemi yerləşdirdi 13:29 İrəvanın səbri tükəndi, Paşinyan hökm oxudu: "Ya problemləri düzəldin, ya da..." 13:28 Bütün Xəbərlər