Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA

Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA
20.06.2026 22:25

Ötən il əlaçı kimi məzun olan 513 şagirdin qəbul imtahanlarında 0-200 bal aralığında nəticə göstərməsi məktəblərdə qiymətləndirmə sisteminin etibarlılığı ilə bağlı müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu statistika məktəblərdə qiymətləndirmənin hər zaman obyektiv aparılmadığını göstərir.


Onun sözlərinə görə, əlaçı attestatı alan 513 şagirddən 32 nəfərinin hətta 0-100 bal aralığında nəticə göstərməsi ciddi uyğunsuzluqdur:

“Bu göstəricilər onu deməyə əsas verir ki, bəzi hallarda məktəblərdə şagirdlərin bilikləri obyektiv qiymətləndirilmir. Çünki digər statistik məlumatlarda qiymətləri 3 və ya 4 olan şagirdlərin 500 və daha yüksək bal topladığı halları da görürük. Bu isə formal və ya qərəzli qiymətləndirmə hallarının mövcudluğunu göstərir”.

Ekspert qeyd edib ki, məktəbdə verilən qiymətlərlə qəbul imtahanı nəticələri arasında müəyyən fərqlərin olması normal sayılsa da, yüzlərlə əlaçı məzunun 200 bal həddini keçə bilməməsi artıq sistemli problemdən xəbər verir.

Elçin Əfəndinin fikrincə, təhsil müəssisələrində qiymətləndirmə mexanizmlərinə nəzarət gücləndirilməli, müəllimlər şagirdlərin real bilik və bacarıqlarına əsaslanaraq qiymət verməlidirlər.

“Məktəblərdə qiymətləndirmə prosesinə daha ciddi nəzarət edilməlidir ki, formal qiymətləndirmə halları aradan qalxsın və şagirdlər yalnız real bilik səviyyələrinə uyğun qiymətləndirilsinlər”, – deyə, ekspert vurğulayıb.

Xanım Musayeva

XƏBƏR LENTİ
05 AVQUST 2026
“1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO 10:03 Zədə Alkarası növbəti böyük turnirdən də məhrum etdi 09:50 Transfer yarışında dönüş: “Liverpul” Mbaye uğrunda önə çıxdı 09:40 Bütün Xəbərlər