Azərbaycanda bəzi şəxslər üçün növbəti attestasiya keçiriləcək

Azərbaycanda bəzi şəxslər üçün növbəti attestasiya keçiriləcək
22.07.2025 15:25

İyulun 28-də Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölçmə vasitələrinin yoxlanılması fəaliyyətini həyata keçirən fiziki şəxslərin növbəti attestasiyasını keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, attestasiya zamanı iştirakçıların peşə (təhsil və təcrübə) səviyyəsi, nəzəri metrologiya bilikləri, kommunikasiya bacarıqları, eləcə də ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində mövcud qanunvericilik aktları üzrə bilikləri qiymətləndiriləcək.

Attestasiyada iştirak etmək istəyən fiziki şəxslər və bu sahədə akkreditasiya olunmuş qurumların yoxlayıcı qismində fəaliyyət göstərən əməkdaşları iyulun 25-nə qədər “Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin attestasiyası Qaydaları”na 1 nömrəli əlavə üzrə müvafiq ərizə formasını dolduraraq Agentliyə müraciət etməlidirlər.

Müraciətlər birbaşa Agentliyə, qurumun rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim oluna bilər.

Attestasiyadan uğurla keçən şəxslərə 5 illik attestat veriləcək.

XƏBƏR LENTİ
03 AVQUST 2026
Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 ABŞ-nin keçmiş diplomatından XƏBƏRDARLIQ: "Dünya bu boğazdan asılıdır" 21:07 Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı 20:51 İstanbulda torpaq sürüşməsi - Dağıntılar altında qalanlar var 20:42 Dənizdə bədbəxt hadisə: 15 yaşlı yeniyetmə BATDI 20:27 Hakan Fidan britaniyalı həmkarı ilə regional böhranları müzakirə etdi 20:21 Lənkəranda açıq ərazidə yanğın baş verdi - VİDEO 20:12 Ya saziş, ya da tam kapitulyasiya... - Trampdan növbəti ultimatum 20:06 ABŞ Hörmüz boğazından 1000-dən çox gəminin keçidinə dəstək verdi 19:56 Sürücülərin NƏZƏRİNƏ! - Paytaxtın 12 rayonunda genişmiqyaslı təmir 19:51 "Tehran cavab zərbəsindən qorxur" - Netanyahu 19:39 Kiyevə "Patriot" tədarükü ləngiyir - NATO nümayəndəsi açıqladı 19:31 Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 19:20 Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc 19:14 "Turan Tovuz" Türkiyə toplanışında növbəti qələbəsini əldə etdi 19:06 Ödəniş kartları olanların DİQQƏTİNƏ!: Fırıldaqçılıq hallarının son göstəriciləri açıqlandı 18:59 İran bəzəkli sözlər deyir, Amerika isə bombalamağa davam edir 18:47 Zelenski Putinlə görüşməyə HAZIRDIR? - Podolyak elan etdi 18:40 Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ 18:28 Yardımlı Azərbaycan gimnastika çempionatına ev sahibliyi edəcək 18:23 "Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı 18:13 Rusiya hərbi təyyarələri Baltik səmasında - Litva detalları açıqladı 18:02 Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi 17:57 Kamran Əsədov ev dustaqlığına buraxılmadı 17:46 Bakı Qızlar Universitetinin işçilərinin gələcək taleyinə aydınlıq gətirildi 17:30 Bütün Xəbərlər