HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi

HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi
05.08.2026 12:05

Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Rəhbər heyətə məruzə olunub ki, respublikamızın müxtəlif bölgələrində yeni istifadəyə verilmiş 20-yə yaxın hərbi infrastruktur obyektlərində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib.

İnfrastrukturlar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub.

Müdafiə naziri Zakir Həsənov Azərbaycanın hava məkanının fasiləsiz müdafiəsi, bununla yanaşı HHM bölmələrində keçirilən təlim və məşqlər zamanı arsenala yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsi barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

TodayPress TV

FOTOLAR

HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi — 1
HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi — 2
HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi — 3
HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi — 4
HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi — 5
HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi — 6
HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi — 7
HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi — 8
HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi — 9
XƏBƏR LENTİ
20 AVQUST 2026
Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 Yeni il gecəsi Ay qırmızı rəngə boyanacaq - 370 il sonra ilk! 01:51 Bütün Xəbərlər