Azərbaycan XTQ NATO standartlarına doğru: ARX-160

Azərbaycan XTQ NATO standartlarına doğru: ARX-160
26.11.2025 16:43

İtaliyanın modul tipli hücum tüfəngi olan ARX-160 Azərbaycan xüsusi təyinatlı qüvvələrinin də istifadə etdiyi müasir silahlar sırasındadır. 


TodayPress TV məlumat verir ki, bu model “Beretta” şirkətinin “Future Soldier” proqramı çərçivəsində sınaqlardan keçirilərək hazırlanıb. 

Tüfəng yüngül, dayanıqlı və geniş modifikasiya imkanları çərçivəsində dizayn edilib. 2008-ci ildən təqdim olunan ARX-160 tüfəngi qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinin xüsusi təyinatlı bölmələri arasında yayılıb. Bu silah həm nizami ordular, həm də hüquq-mühafizə orqanları tərəfindən geniş istifadə olunur. 


Silahın istehsalı “Beretta” şirkətinin yüksək standartları əsasında aparılır. Tüfəngin əsas hissələrinin polimer materiallardan hazırlanması onun həm yüngül, həm də zərbəyə davamlı olmasını təmin edir. Silahın müxtəlif hava və döyüş şəraitində etibarlı işləməsi onu xüsusi əməliyyatlar üçün uyğun edir. 


Tüfəngin əsas xüsusiyyətlərindən biri modul quruluşudur. Silaha qaynaqlı nişangah sistemi ilə yanaşı, müxtəlif optik cihazların, lazer göstəricilərinin, gecəgörmə qurğularının və taktiki fənərlərin quraşdırılması mümkündür. Silahın giliz atma pəncərəsi və təhlükəsizlik düyməsi atıcının tələbinə uyğun olaraq dəyişdirilə bilir.

ARX-160 tüfənginin əsas kalibri 5.56×45 mm NATO standartıdır. Bəzi ölkələr üçün 7.62×39 mm olan versiyası da hazırlanır. Silahın təsirli atəş məsafəsi 500–600 metr, atış sürəti isə dəqiqədə 700–900 güllə arasında dəyişir. Qatlanan və uzunluğu tənzimlənən qundağı döyüş şəraitində hərəkət rahatlığı yaradır.


ARX-160-ın digər üstünlüklərindən biri də alov söndürən və səsboğucu qurğularla işləməsidir. Bundan əlavə, tüfəngin lüləsi döyüş şəraitində dəyişdirilə bilir. Sınaqlar zamanı silahın 12 min atəşdən sonra belə mexaniki nasazlıq yaratmadığı qeydə alınıb. Tüfəngin partlamaya davamlı polimer konstruksiyası, həmçinin geniş temperatur diapazonunda etibarlı fəaliyyət göstərir. 


Silah -30°C-dən +50°C-yə qədər olan sərt iqlim şəraitində sabit işləyir. Bundan başqa, ARX 160 üçün xüsusi təlim komplekti mövcuddur və bu sistem lazer simulyatoru ilə elektron hədəf mexanizmlərini birləşdirərək real döyüş situasiyalarını imitasiya etməyə imkan verir. Silahın bu xüsusiyyəti xüsusi təyinatlıların döyüş hazırlığında mühüm rol oynayır. Azərbaycan xüsusi təyinatlılarının bu modeli seçməsi də məhz etibarlılıq, ağırlıq balansı, taktiki üstünlüklər və geniş modifikasiya imkanları ilə izah olunur.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Tacikistan Rusiyadan üz döndərib İrana üz tutdu 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 Bütün Xəbərlər