2026-cı ilin dəbi: Moda dünyası belə dəyişəcək – VİDEO

2026-cı ilin dəbi: Moda dünyası belə dəyişəcək – VİDEO
07.01.2026 11:48 Mədəniyyət

Hər ilin öz dəbi var. Moda dünyası daim dəyişir və hər dövrün, ilin özünəməxsus trendləri, rəngləri, geyim tərzləri olur. 

Modelyer-dizayner Arzu Yılmaz hesab edir ki, hər bir insan öz zövqünə uyğun geyimi illər keçsə də, dəbləşdirə bilər: 


"İnsanlar zövqlə geyinməlidirlər. Çünki insan zövqlə geyindikdə, dəb və zövq bir araya gələndə ortaya daha gözəl görüntü çıxır. Elə insanlar var ki, dəbə uyğun geyinirlər, amma bu, onlara yaraşmadığı üçün gülünc görünə bilər. Mənim fikrimcə, hər bir insan öz bədən quruluşunu və geyim tərzini tanısa, zövqlə geyinsə, bu, onu özü-özlüyündə dəbli edər və geyindiyi paltarı da dəbləşdirər".

Modelyer-dizayner Arzu Yılmaz bu il daha çox dəbdə olacaq geyim rənglərindən də söz açıb: 

"Əsasən təbii rənglərə üstünlük veriləcək. Bu rənglərə açıq bej, açıq boz, su yaşılı, zeytun yaşılı və təbii torpaq çalarları daxildir. Bununla yanaşı, bildiyimiz kimi bu il At ili olduğuna görə al-qırmızı, narıncı və bardo kimi çılğın rənglər də daha çox dəbdə olacaq. Nəticədə isə sakit və təbii rənglərlə daha enerjili, çılğın rənglərin insanın xarakterini əks etdirən harmonik bir qarışığı ön plana çıxacaq".

10 il bundan qabaq dəbdə olan geyim bu il də trend ola biləcəyini qeyd edən modelyer hətta bəylər üçün hansı dəbli geyimlərin olacağını da bildirib.

"Kişilərimiz son illərdə həqiqətən daha zövqlə geyinirlər. Mən bunu müşahidə edirəm və bu, məni çox sevindirir. Xüsusilə bu ilin dəbinə baxanda hiss olunur ki, 90-cı illərin klassik geyim üslubu yenidən ön plana çıxır və daha çox dəbə gəlir".

Maraqlısı budur ki, insanlar geyim alarkən daha çox təkrarçılığa yol verirlər. Bəs buna səbəb nədir?  

Modelyer-dizayner Sevinc Rzayeva isə bu suala aydınlıq gətirib. O, zövqə xələl gətirən təkrarçılığın qarşısını almağın yollarını açıqlayıb. 


"Ən çox da mağazaların hazır "look"larından istifadə edən, dəbdə olan hər bir geyimin ardınca qaçıb onu almağa çalışan xanımlar təkrarçılığa yol verirlər. İnsan dəbdə olanı deyil, özünə yaraşanı və öz tərzinə uyğun olanı seçdikdə həm daha düzgün geyinir, həm də daha dəbli və fərqli görünüşə sahib olur".

Modelyer xanımların da vurğuladığı kimi, zövqümüzü dəblə formalaşdıraq, çalışaq bu il də tərzimizi və xarakterimizi əks etdirən geyimlər seçək.

Türkan İsgəndərli 

Vüsalə Nəciyeva

XƏBƏR LENTİ
30 IYUL 2026
İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Bütün Xəbərlər