Qızını kastinqə aparan ana özü model seçildi

Qızını kastinqə aparan ana özü model seçildi
19.06.2026 04:00 Maraqlı

Sinqapur sakini qızına dəstək olmaq üçün model kastinqinə gəlib, lakin nəticədə özü agentliklə müqavilə bağlayıb.

Bu barədə TodayPress TV "Mothership" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Tin adlı qadın 15 yaşlı qızı Anyanı model agentliyinin təşkil etdiyi kastinqdə müşayiət ediib. Söhbət zamanı qız anasının keçmişdə Çində model kimi çalışdığını bildirib.

Bu məlumat agentlik direktorunun diqqətini çəkib. Tinin yaxınlıqda olduğunu öyrənən direktor qadını dinləmə zalına dəvət edib. Qadın dərhal xarici görünüşü ilə diqqəti cəlb edib. Kastinqə hazırlaşmadığını bildirsə də, ona podiumda defile də daxil olmaqla, seçimin bir neçə mərhələsindən keçmək təklif olunub.

Bir neçə sınaq turundan sonra agentlik ona müqavilə təklif edib. Qızı Anya isə seçimlərdən keçə bilməyib. Tin baş verənlərin onun üçün tamamilə gözlənilməz olduğunu bildirib. Onun sözlərinə görə, o, yalnız qızına mənəvi dəstək olmaq üçün gəlib və model biznesinə qayıtmaq barədə heç düşünməyib.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bakı Qızlar Universitetinin işçilərinin gələcək taleyinə aydınlıq gətirildi 17:30 Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək 17:29 Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ 17:19 Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir 17:11 Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB 17:02 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Zelenski, Paşinyan və Tokayevin qadın liderə verdiyi hədiyyə maraq doğurdu 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Taliban Moldova ilə öz təcrübəsini bölüşəcək 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Ankaranın dənizdəki kozırı - Səssiz, amma ölümcül güc 15:48 SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı 15:41 "Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi 15:22 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi 15:15 Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir 15:05 “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq 14:37 İsraildə təcili səfərbərlik - 240 min hərbçi geri çağırıldı 14:37 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi 14:30 ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi 13:38 Bütün Xəbərlər