Bəs siz bu maraqlı faktları bilirdinizmi?

Bəs siz bu maraqlı faktları bilirdinizmi?
30.09.2025 19:30 Maraqlı

Neytron ulduzlarının sadəcə bir qaşığı Yerə gətirsək, ağırlığı təxminən 1 milyard ton olar. 

Bu, Himalay dağlarından da ağırdır!

TodayPress TV az bilinən “Maraqlı faktlar”ı təqdim edir:

“Arıların insan üzünü tanıdığını bilirdinizmi?”

Belə ki, arılar insan üzünü tanıya bilir. Onlar üzləri yadda saxlayıb fərqləndirə bilən az saylı həşəratlardandır.

“Müasir dövrdə kitablara maraq az olsa da, Qədim Misirdə belə deyildi…”

Qədim Misirdə kitabxana yandırmaq ən ağır cinayət sayılırdı. Çünki bilik insanın sərvəti kimi qorunurdu.

“Bəs “Bambuk” haqqında bunu bilirdinizmi?”

Bambuk dünyada ən sürətlə böyüyən bitkidir. Bəzi növləri gündə 1 metrədək uzana bilir. Onun gücü elədir ki, asfaltı belə deşib çıxır. Şərq mədəniyyətlərində bambuk həm dözümlülüyün, həm də təvazökarlığın rəmzi sayılır. Qədim Çində isə musiqi alətlərinin, kağızın və hətta tikililərin hazırlanmasında geniş istifadə olunub. Müasir memarlıqda ekoloji material kimi yenidən populyarlıq qazanır.

“Kosmos barəsində nələri bilirik?”

Qara dəliklər sadəcə ulduzların sonu deyil, həm də kosmosun ən böyük paradoksudur. Onların cazibə qüvvəsi o qədər güclüdür ki, işıq belə qaça bilmir. Alimlər hesab edir ki, qara dəliklər kosmosun “arxivləri”dir – orada maddə və məlumat itmir, sadəcə başqa formaya keçir. Bu isə kainatın başqa ölçülərinin mövcudluğu ehtimalını gücləndirir. Yəni qara dəliklər bəlkə də başqa aləmlərə açılan qapılardır.

“Delfinlərin bir-birinə ad qoyduğunu bilirdiniz?”

Delfinlər təkcə ağıllı deyil, həm də bir-birlərinə ad qoyurlar. Onlar fit səsləri ilə bir-birilərini çağırır, yad delfinlərə öz adını “tanıdırlar”.

“Bəs insan beyni ilə bağlı necə, bunları bilirdinizmi?”

İnsan beynində təxminən 86 milyard neyron var və hər saniyə milyonlarla siqnal ötürülür. Beyin elektrik siqnalları o qədər güclüdür ki, kiçik bir ampulu yandıra biləcək qədər enerji yaradır. Maraqlıdır ki, yuxuda ikən beynimiz bəzən oyaq vaxtımızdan daha aktiv olur. Bu səbəbdən yuxular təkcə təsadüfi şəkillər deyil, şüurun başqa qatlarına açılan pəncərə kimi izah olunur.

“Mahnını təkcə insanlar oxumur…”

Balinalar okeanda ünsiyyət üçün uzun-uzadı “mahnılar” oxuyurlar. Bu səs dalğaları yüzlərlə kilometr uzağa gedə bilir. Maraqlısı odur ki, balinaların mahnıları zamanla dəyişir, sanki onlar yeni “bəstələr” yaradırlar. Bu, heyvanlar aləmində nadir müşahidə olunan yaradıcı davranışdır.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər