İranın Avropaya zərbə endirmək planları üzə çıxdı

İranın Avropaya zərbə endirmək planları üzə çıxdı
19.08.2026 17:30 Dünya

İran ABŞ ilə münaqişənin daha da kəskinləşəcəyi təqdirdə Avropadakı hərbi obyektlərə zərbələr endirməyi nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Tehran ABŞ-nin Cənub-Şərqi Avropadakı obyektlərinə zərbələr endirmək variantını nəzərdən keçirib. Bildirilir ki, mümkün hədəflər arasında ABŞ hərbçilərinin təyyarələrə yanacaq doldurmaq üçün istifadə etdiyi Bolqarıstandakı Bezmer aviabazası, eləcə də Kiprdəki obyektlər olub.

Məqalədə, həmçinin qeyd olunur ki, İran hakimiyyəti Hörmüz boğazında fiber-optik kabellərin məhv edilməsi imkanını da nəzərdən keçirib.

"Financial Times"a danışan mənbələr bildiriblər ki, münaqişənin daha da eskalasiyası halında İran zərbələrin coğrafiyasını Yaxın Şərqdən kənara genişləndirə bilər.

Mənbələrdən biri deyib: “ABŞ həddən artıq uzağa gedərsə, İran istənilən yolla özünü müdafiə edəcək, regionun hüdudlarından kənara çıxacaq və Avropaya zərbə endirəcək”.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 AVQUST 2026
Tezalışan maye olan çənin qapaı qopdu - GÜCLÜ YANĞIN 18:22 Məşhur kabab evində at DNT-si tapıldı 18:11 Putin Ukraynanın hücumlarını ciddiyə almır: “Nəticəsi yoxdur” 18:05 Fransa sağalmaz xəstələr üçün "ölüm qanunu"nu təsdiqlədi 16:51 XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir 17:55 Avropadakı ABŞ bazaları hədəfdədir? NATO Türkiyə səmasında vurulan raketləri xatırlatdı 16:44 “Qarabağ”ın əsas oyunçusu “Tvente” səfərini buraxa bilər! 17:39 İranın Avropaya zərbə endirmək planları üzə çıxdı 16:13 Saynsdan “Williams”ə sədaqət mesajı: “Komandanı zirvəyə qaytarmaq istəyirəm” 17:25 NBA ulduzu Karri yeni mövsümə kökləndi: “Hər şeyə yenidən başlamaq istəyirəm” 17:20 Zelenski onlara təşəkkür etdi 15:41 Çempionlar Liqasının 2028-ci il finalı Münhendə keçirilə bilər 16:54 KİV: Rusiyanın iqtisadiyyatı müharibə səbəbindən ciddi zəifləyib 15:39 “Söhbət artıq “Ferrari”dən gedir!” – Vassördən pilotlara sərt mesaj 16:46 Kolleclərə qeydiyyat başladı 15:30 NBA ulduzu Vembanyamadan Fransaya mesaj: “Bu, böyük tabudur” 16:36 Həftəsonunadək hava necə olacaq? 15:25 Azərbaycanlı hakimlər üçün UEFA-dan yeni mövsüm sınağı! 16:25 Macarıstanda yeni prezident vəzifəsinin icrasına başladı 15:15 Azərbaycanın sevimli nağıl qəhrəmanları Avropa çempionatında! 16:16 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə yeni tranzit yükü göndəriləcək 15:07 Bal ayı faciə ilə bitdi: Milyardlıq şirkətin vitse-prezidenti və həyat yoldaşı həlak oldu 15:45 Ərdoğandan İran-ABŞ gərginliyi ilə bağlı mesaj 15:02 18,20 metrlik möhtəşəm servis! Nihad Məmmədov rekord qırdı 15:45 Kamerunda qızıl mədəni uçdu, 100 nəfər öldü 14:58 Bütün Xəbərlər