Adi salamlaşma hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssis rəyi

Adi salamlaşma hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssis rəyi
29.06.2026 05:00 Maraqlı

"Adi əl sıxaraq salamlaşma, əsas gigiyena qaydalarına riayət edilmədikdə, müxtəlif infeksiyaların ötürülmə yollarından birinə çevrilə bilər".

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı həkim-bakterioloq Vera Bondarçuk "İzvestiya" nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, gün ərzində insanın əlləri bakteriya, virus, göbələk və digər patogen mikroorqanizmlərin ola biləcəyi səthlərlə dəfələrlə təmasda olur. Ən geniş yayılmış çirklənmə mənbələri arasında qapı dəstəkləri, nəqliyyatdakı tutacaqlar, lift düymələri, telefonlar, pul və bank terminalları yer alır.

Ekspert izah edib ki, çirklənmiş səthlə təmas özlüyündə hələ yoluxma demək deyil. Əsas risk o zaman yaranır ki, insan əl sıxdıqdan sonra əlləri ilə üzünə, gözlərinə, burnuna, dodaqlarına toxunur və ya yemək yeyir.

V.Bondarçuk ən təhlükəli halın tualetdən istifadə etdikdən sonra əllərin yuyulmaması olduğunu bildirib. Belə olan halda dəridə bağırsaq infeksiyalarının törədiciləri qala bilər ki, bunlar da təmas vasitəsilə asanlıqla başqa şəxsə ötürülür.

"Çirklənmiş əllər vasitəsilə salmonellyoz, şigellyoz, rotavirus və norovirus infeksiyaları yayıla bilər. Bu xəstəliklər xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immuniteti zəif olan insanlar üçün daha ağır fəsadlar törədə bilər", - deyə ekspert vurğulayıb.

Həkim həmçinin əlavə edib ki, toxunma vasitəsilə dəri xəstəlikləri və göbələk infeksiyaları da keçə bilər. Lakin hər əl sıxmanı mütləq təhlükə kimi qəbul etmək lazım deyil. Profilaktikanın ən effektiv yolu küçədən, nəqliyyatdan, tualetdən, heyvanlarla təmasdan sonra, həmçinin yemək hazırlamazdan və yeməkdən əvvəl əlləri müntəzəm olaraq sabunla yumaqdır.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış 19:29 Psixikanı məhv edən gündəlik stresin gizli səbəbi açıqlandı 19:24 Adi salamlaşma hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssis rəyi 19:23 İsti avtomobili saniyələr içində necə sərinlətmək olar? 19:19 Əsla əkməməli olduğunuz 4 bitki: Evlərin təməlini belə çatladır 19:17 Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu 19:15 Kimlər tez-tez rəngarəng yuxular görürlər? 19:12 "Çelsi" loqotipini yenilədi - FOTO 19:02 SON DƏQİQƏ: İsrail Livanın cənubuna hava zərbələri endirdi 23:49 Putin: Rusiya ordusu Slavyanska 8-9 kilometr məsafədədir 23:23 Evdən yaşlı qadın meyiti tapıldı 19:36 Cüdoçularımız Avropa Açıq Turnirində 4 medal qazandılar 23:09 Almanlar bu səbəbdən gecə həyat tərzinə keçirlər 18:29 Türkiyə XİN: İsrail Qəzzadakı cinayətlərin diqqətdən yayınmasına çalışır 22:49 Yayın ortasında 5 metr QAR YAĞDI 19:10 Nurlan Paşayev "Amber Oars" beynəlxalq turnirində qızıl medal qazandı 22:37 Montella ilə bağlı qərar verildi: Dəyişikliklərə gediləcək 19:05 Cüdoçularımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşdi 22:23 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 17:28 Rusiyada yanacaq qəhətə çıxdı - vətəndaşlar bir-birini "yandırır - VİDEO 21:40 "Formula 1" Avstriya Qran-prisinin qalibi o oldu 18:59 ABŞ-İran danışıqları təxirə salındı 21:26 CHP-dən kütləvi istefa iddiasına cavab gəldi 18:57 İsrailin qondarma “soyqırımı” tanıması İranda bayrama çevrildi - Anti-Azərbaycan qüvvələri "onlayn"da 21:18 Putindən yanacaqla bağlı etiraf: Hər zaman tapmaq mümkün olmur 20:55 Bütün Xəbərlər