MİDA güzəştli mənzillərin növbəti satışını elan etdi, qiymətləri açıqladı

MİDA güzəştli mənzillərin növbəti satışını elan etdi, qiymətləri açıqladı
29.10.2025 10:29 Maliyyə

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevlax Yaşayış Kompleksləri üzrə güzəştli mənzillərin növbəti satışını elan edib.

TodayPress TV agentliyə istinadən xəbər verir ki, Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə 1 mənzilin, II mərhələsi üzrə 7 mənzilin, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1565-ci məhəllə ünvanındakı Sumqayıt Yaşayış Kompleksi üzrə 10 mənzilin, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 30A ünvanındakı Lənkəran Yaşayış Kompleksi üzrə 10 mənzilin, Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsinin S.B. Axundov küçəsindəki Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin, Şirvan şəhəri, Nizami küçəsi, S.B. Axundov küçəsindəki Şirvan Yaşayış Kompleksi üzrə 216 mənzilin, Yevlax şəhəri, Heydər Əliyev prospekti, Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin, ümumilikdə isə 627 mənzilin satışı 3 dekabr 2025-ci il tarixdə saat 11:00-da başlayacaq və 8 dekabr 2025-ci il tarixdə saat 11:00-da başa çatacaq.

"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşlara satmaq məqsədilə güzəştli mənzillərin satışına dair qaydalar"ın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.

Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı əsasında MİDA-nın elektron sistemi vasitəsilə "Güzəştli mənzil" satışı "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri almaq hüququna malikdirlər. Elektron kabinetin yaradılması üçün "Güzəştli mənzil" sistemində qeydiyyatdan keçmək və elektron imza vasitəsilə daxil olmaq lazımdır.

"Güzəştli mənzil" sistemində ətraflı qaydalar və mənzillərin yerləşdiyi komplekslər haqqında məlumatı www.mida.gov.az internet səhifəsindən və ya "Güzəştli mənzil sistemi" bölməsindən əldə etmək mümkündür.

Mənzillərin satış şərtləri və qiymətləri:

Bu dəfə satışda olan mənzillər ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödənilən üsulla təklif olunur.

Qaydaların 5.6-cı bəndinə əsasən mənzil dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınmasından sonra mümkündür.

Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə:

2 otaqlı mənzilin qiyməti - 54 815 manatdır.

Hövsan Yaşayış Kompleksinin II mərhələsi üzrə:

4 otaqlı mənzilin qiyməti - 94 050 manatdır.

Sumqayıt Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzillərin qiyməti - 50 200 manatdan başlayır.

4 otaqlı mənzilin qiyməti - 105 800 manatdan başlayır.

Lənkəran Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzilin qiyməti - 61 865 manatdır.

4 otaqlı mənzilin qiyməti - 84 150 manatdan başlayır.

Binəqədi Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzilin qiyməti - 49 120 manatdır.

2 otaqlı mənzilin qiyməti - 62 400 manatdır.

3 otaqlı mənzilin qiyməti - 87 400 manatdır.

4 otaqlı mənzilin qiyməti - 118 000 manatdır.

Şirvan Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzilin qiyməti - 61 815 manatdır.

3 otaqlı mənzilin qiyməti - 73 785 manatdır.

4 otaqlı mənzilin qiyməti – 93 765 manatdır.

Yevlax Yaşayış Kompleksi üzrə:

1 otaqlı mənzilin qiyməti - 40 200 manatdır.

2 otaqlı mənzilin qiyməti - 45 225 manatdır.

3 otaqlı mənzilin qiyməti – 70 490 manatdır.

4 otaqlı mənzilin qiyməti – 103 740 manatdır.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Bütün Xəbərlər