Gilas bağlarının sığortası artdı

Gilas bağlarının sığortası artdı
22.07.2025 14:51 Maliyyə

2024-cü ildə Azərbaycanda sığortalanan gilas bağlarının ümumi sığorta təminatı 1,4 milyon manat təşkil edibsə, 2025-ci ildə bu göstərici üç dəfə artaraq 3,9 milyon manata çatıb.

TodayPress TV bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.

Sığortalanan əkin sahələrinin və məhsul həcminin artması nəticəsində 2025-ci ildə gilas bağları üzrə sığorta haqqı da yüksəlib. Əgər 2024-cü ildə bu məbləğ 58 min manat idisə (fermerlərin ödədiyi hissə - 29 min manat), cari ildə sığorta haqqı 90 min manat olub. Bunun 50 %-ni dövlət qarşıladığından, fermerlər cəmi 45 min manat ödəniş ediblər.

Fonddan bildirilib ki, sığortalanan sahələrin artması ilə yanaşı, gilas bağları üzrə ödənişlər də artır. 2022-2023-cü illər əkin mövsümündə Xaçmaz, İsmayıllı və Qusar rayonlarında baş vermiş hadisələrlə bağlı fermerlərə ümumilikdə 52,8 min manat, 2023-2024-cü illərdə isə Ağstafa, Samux və Şəmkir rayonlarında 83,8 min manat sığorta ödənişi verilib. Beləliklə, son iki ildə gilas bağları üzrə ödənişlərin ümumi məbləği 136,6 min manata çatıb.

2025-ci ildə isə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq indiyə qədər 36 hektar gilas bağında zərər halları qeydə alınıb. Bu sahələrdən 1,2 milyon manatlıq məhsul gözlənilsə də, zərər əkinlərin yalnız bir hissəsinə dəyib. Hazırda ərazilərə baxış keçirilib, ilkin qiymətləndirmələr aparılıb. Yekun ödənişlər məhsul yığımı zamanı dəqiq qiymətləndirmədən sonra müəyyən olunacaq.

Ötən il 14 rayonda 119 hektar sahədə gilas bağı sığortalanmışdısa, bu il 15 rayonda 110 fermer və təsərrüfat tərəfindən ümumilikdə 228 hektar sahə sığortalanıb. Sığortalanma coğrafiyası əsasən Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağstafa, Tərtər və Şabran rayonlarını əhatə edir.

Hazırda Aqrar Sığorta Fondu tərəfindən bitkiçilik sığortası çərçivəsində 41 bitki növü üzrə 48 məhsul sığortalanır. Bunların əhəmiyyətli hissəsini meyvəçilik məhsulları təşkil edir. Gilas, üzüm və pambıq bağları əlavə olaraq leysan yağışı riskindən də sığortalanır - bu, meyvənin qabığının partlaması və məhsul itkisinə səbəb olur.

Fonddan qeyd edilib ki, təbiət hadisələrinin intensivliyi fonunda fermerlərin sığortaya marağı artmaqdadır və 2025-ci ildə meyvə bağları üzrə zərər ödənişlərinin daha da artacağı gözlənilir. Bu səbəbdən Aqrar Sığorta Fondu fermerləri dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta imkanlarından yararlanmağa çağırır.

XƏBƏR LENTİ
30 IYUL 2026
Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Bütün Xəbərlər