Dekabrda nağdsız ödənişlər 19 % artdı

Dekabrda nağdsız ödənişlər 19 % artdı
31.01.2026 18:00 Maliyyə

Ötən ilin dekabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2024-cü ilin eyni ayı ilə müqayisədə 19 % artaraq 10 milyard 097 milyon manat təşkil edib.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8 milyard 833 milyon manatı (87,5 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 260 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,6 %-ni təşkil edib.

Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 980 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 12,8 % artaraq 19,903 milyon, kredit kartlarının sayı isə 7,9 % azalaraq 2,077 milyon olub. Dekabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 14,490 milyard manat (illik müqayisədə 18,1 % çox) və 788 milyon manat (11,8 % az) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 8,1 %, POS-terminalların sayı isə 54,1 % artaraq müvafiq olaraq 3 572 ədəd (Bakı üzrə 1 930 ədəd) və 184 220 ədəd (Bakı üzrə 114 689 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Bütün Xəbərlər