Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev saxlanıldı

Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev saxlanıldı
28.08.2025 20:10

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayevi Moskvada saxlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

"Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları Federal Təhlükəsizlik Xidmətinin Moskva şəhəri və Moskva vilayəti üzrə İdarəsinin əməkdaşları ilə birlikdə paytaxt sakinini saxlayıblar. Ən böyük teatrlardan birinin keçmiş direktoru dələduzluqda şübhəli bilinir", - o, öz "Telegram" kanalında yazıb.

Təqsirləndirilən şəxs istintaq fəaliyyətinin aparılması üçün Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin Mərkəzi İnzibati Dairəsinə çatdırılıb. Saxlanılan şəxsin və yaxın qohumlarının hesabları dondurulub.

Məmmədəli Ağayev 1985-ci ildən teatrda baş inzibatçı, rejissor köməkçisi, direktor müavini, icraçı direktor vəzifələrində çalışıb, 1992-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.

XƏBƏR LENTİ
15 IYUN 2026
Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Bütün Xəbərlər