Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı oldu

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı oldu
20.06.2025 15:04

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı Zeynəb Babayevanın müəllifi olduğu “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub.

TodayPress TV xəbər verir ki, ekspozisiyada iştirak edənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da olub.

Sərgidə gənc rəssamın təbiətə, heyvanlara, flora və faunaya olan sevgisindən ilham alan əsərləri təqdim olunub. Zeynəb öz əsərlərində gil, kətan sapları, parça kimi təbii materiallardan istifadə edərək, onları zəngin daxili aləmi və parlaq təxəyyülünün yaratdığı obrazlara çevirib.

Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhəb Məmmədov salamlayıcı nitqlə açıb. O, çıxışında gənc rəssamın işlərini yüksək qiymətləndirib və ona yaradıcılığında uğurlar arzulayıb. Qeyd edib ki, məhz belə uşaqlar gələcək milli incəsənətimizin əsasını təşkil edirlər.

O qeyd edib ki, Zeynəbin əsərlərində valehedici zövq və yaradıcılığa heyrətamiz səy hiss olunur.

Bundan başqa, Xalq rəssamı ekspozisiyanın müəllifinə xüsusi təkliflə müraciət edib. Onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Heykəltaraşlıq fakültəsinə dəvət edib.

S.Məmmədov vurğulayıb: “Səni Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına – Heykəltaraşlıq fakültəsinə dəvət etmək istəyirəm. Gələrsən və orada peşəkar ustaların və fakültəmizin tələbələrinin iş prosesi ilə tanış olarsan, habelə ab-havanı hiss edərsən. Əminəm ki, bu, sənin üçün ilhamverici amil və mühüm təcrübə olacaq”.

İştirakçılara və qonaqlara səmimi sözlərlə müraciət edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud da təşkilatçılara təşəkkürünü bildirib və uşaq və yeniyetmələrin yaradıcılığına dəstəyin vacibliyini vurğulayıb.

Mərkəzin direktoru Anna İbrahimbəyova çıxışında müəssisənin missiyası haqqında danışaraq bildirib ki, müəssisənin əsas məqsədi gənc müəlliflərə özlərini ifadə etmək üçün şərait yaratmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək və yeni kəşflərə ruhlandırmaqdır.

Daha sonra tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxış edərək Zeynəb Babayevanı ilk sərgisi münasibətilə təbrik edib və onun böyük yaradıcılığında parlaq gələcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, bu əsərlər mehribanlıq və istiliklə doludur. Onların əsas xüsusiyyəti sevgi ilə yaradılmasıdır.

Tədbir zamanı Zeynəbin ideyanın yaranmasından və heykəltaraşlığından tutmuş, hər bir heykəlin bəzədilməsi və canlandırılmasına qədər yaradıcılıq prosesini əks etdirən qısa videoçarx da nümayiş etdirilib. Tədbirin sonunda gənc rəssam qonaqların və uşaqların fəal iştirak etdiyi kiçik ustad dərsi keçirib.

Qeyd edək ki, sərgi Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində keçirilib.

FOTOLAR

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı oldu — 1
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı oldu — 2
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı oldu — 3
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı oldu — 4
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı oldu — 5
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı oldu — 6
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı oldu — 7
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı oldu — 8
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı oldu — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər