Laçında MDB ölkələrinin şirniyyat masası təqdim olundu

Laçında MDB ölkələrinin şirniyyat masası təqdim olundu
03.06.2025 18:45 Mədəniyyət

İyunun 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” tədbirinin rəsmi açılış mərasimi çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən MDB ölkələrinin şirniyyat masası təqdim edilib.

TodayPress TV xəbər verir ki, “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı üzrə Tədbirlər Planına müvafiq olaraq təqdim olunan şirniyyat masasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya, Özbəkistan və Tacikistanın usta qənnadçılarının təklif etdiyi menyu çeşidləri sərgilənib.

Usta qənnadçıların təqdimatında MDB ölkələrinin klassik qənnadı məmulatları ilə yanaşı, həmin məhsulların hazırlandığı biomüxtəliflik nümunələri də nümayiş olunub, ziyarətçilərə bu məhsulların hazırlanma üsulları ilə bağlı məlumat verilib.

Tədbirdə Azərbaycan milli şirniyyatları UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilən Azərbaycanın çay mədəniyyəti mərasimi ilə birgə təqdim olunub.

Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.

FOTOLAR

Laçında MDB ölkələrinin şirniyyat masası təqdim olundu — 1
Laçında MDB ölkələrinin şirniyyat masası təqdim olundu — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər