Kuklaçılar premyeraya hazırlaşır

Kuklaçılar premyeraya hazırlaşır
06.03.2026 13:03

Martın 14-də Azərbaycan Dövlət Kukla Teatrında “Quyruqsuz Dovşan” tamaşasının premyerası olacaq.

TodayPress TV xəbər verir ki, maraqlı və ibrətamiz hadisələrlə zəngin birhissəli kukla tamaşası saat 12:00, 14:00 və 16:00 seansları ilə balacaların qarşısına çıxacaq.

Rus ədibi Nikolay Nikolayeviç Lisinin “Quyruqsuz dovşan” pyesi əsasında (tərcümə edəni: Zümrüd Quliyeva) hazırlanan eyniadlı səhnə işinin quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Rəna Abbasovadır.

Musiqi tərtibatlı tamaşada obrazları  Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Elnur Xəlilov, Yusif Baxşəliyev, Məmmədşah Təhməzov, Elnarə Hacıyeva, Səbinə Məmmədova və Bayram Ağamalıyev  canlandırırlar.

Özünəinam və fərqlilikdən utanmamaq kimi ideyanı ana xətt kimi ön plana çıxaran əsərdə hadisələr sadə hekayətin komik həlli ilə bitir.

Belə ki, tamaşa dovşanın ehtiyatsızlıq və maraq ucbatından quyruğunu itirməsi ilə başlayır. Qəhrəman quyruqsuz qaldığı üçün çox utanır, kədərlənir və digər heyvanlardan fərqli olduğunu düşünərək özünü pis hiss edir. Bəzi heyvanlar ona gülür, bəziləri isə ona kömək etməyə çalışırlar. 

Hadisələr zamanı dovşan anlayır ki, fərdi dəyərli edən onun zahiri görünüşü yox, daxili keyfiyyətləri və davranışıdır.

Psixoloji alleqoriya kimi çıxış edən tamaşanın əsas konflikti zahiri hadisədən – quyruğun itirilməsindən doğsa da, əslində bu, qəhrəmanın özünü anlaması və olduğu kimi qəbul etməsi ilə başa çatır.

Dovşanın səhnə boyu düşdüyü vəziyyətlər – sevinc, həyəcan, utanmaq hissi, böhran və sonda özü ilə barışması səhnə işinin əsas dramatik xəttini təşkil edir.

Tamaşa tragikomik vəziyyətlərə düşən Dovşanın dostlarının səyləri nəticəsində quyruğuna qovuşması ilə bitir.

TodayPress TV

FOTOLAR

Kuklaçılar premyeraya hazırlaşır — 1
Kuklaçılar premyeraya hazırlaşır — 2
Kuklaçılar premyeraya hazırlaşır — 3
Kuklaçılar premyeraya hazırlaşır — 4
Kuklaçılar premyeraya hazırlaşır — 5
Kuklaçılar premyeraya hazırlaşır — 6
Kuklaçılar premyeraya hazırlaşır — 7
Kuklaçılar premyeraya hazırlaşır — 8
Kuklaçılar premyeraya hazırlaşır — 9
XƏBƏR LENTİ
18 AVQUST 2026
Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Bütün Xəbərlər