“Belə müğənnilərə Azərbaycanı soyub-talayan iş adamları dəstək olur” - Xalq artisti YIXIB-SÜRÜDÜ

“Belə müğənnilərə Azərbaycanı soyub-talayan iş adamları dəstək olur”  - Xalq artisti YIXIB-SÜRÜDÜ
01.12.2025 12:58

“Kütləvi informasiya vasitələri vasitəsilə içimizə yeridilən təxribat beşikdən qəbrə qədər davam edəcək”.

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov televiziya və sosial şəbəkələrdə qeyri-etik davranışlar sərgiləyən şəxslərdən danışarkən səsləndirib. 

Onun sözlərinə görə, belə davranışlar cəmiyyətdə əxlaqsızlığı təbliğ edən təhlükəli bir tendensiyaya çevrilib:

“Millətə qənim kəsilən, xalqın ruhunu zəhərləyən, mənəviyyatını məhv edən televiziya kanalları və verilişləri günbəgün artır. Küçə adamlarını, ailəsini tərk edənləri, körpələrini atanları, qoca yaşında ərə getmək istəyənləri gündəlik efirdə təbliğ edirlər. Deyək ki, xarici qüvvələrə gücümüz çatmır, bəs niyə yerli kanallarda ciddi monitorinq aparılmır? Demək ki, burada başqa maraqlar mövcuddur. Bizi adsız-sansız, tarixsiz, əxlaqsız bir millət kimi göstərməyə çalışırlar. Düşmən ocağın başındadır". 

Xalq artisti həmçinin bəzi müğənnilərin qeyri-etik davranışları ilə gündəmə gəlməsinə də toxunub: 

"Hələ müğənniləri demirəm. Əndamını nümayiş etdirib özünü reklam edən, bunu guya sənət kimi təqdim edənlərə dəyər verənlər elə Azərbaycanı soyub-talayan iş adamlarıdır".   

Qeyd edək ki,  “Space TV”də yayımlanan “Tarixin bir günü” verilişinə müğənni qismində dəvət olunan Firuzə Babayeva ilə Mehriban Qənbərova arasında ciddi mübahisə yaranıb və tərəflər efir mədəniyyətinə uyğun olmayan ifadələrdən istifadə ediblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Bütün Xəbərlər