İqtisadçı ekspert: “Zəngəzur dəhlizi yeni iş yerlərinin açılmasına şərait yaradacaq”

İqtisadçı ekspert: “Zəngəzur dəhlizi yeni iş yerlərinin açılmasına şərait yaradacaq”
22.09.2025 15:04 İqtisadiyyat

“Zəngəzur dəhlizinin istifadəyə verilməsi yalnız regionun geosiyasi xəritəsini deyil, həm də Azərbaycanın iqtisadi strukturunu və beynəlxalq nəqliyyat sistemindəki mövqeyini yenidən formalaşdıracaq”. 

Bunu TodayPress TV-yə açıqlamasında professor, iqtisadçı ekspert Famil Niftiyev deyib:

O hesab edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi inkişafında strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər:  

“Ən mühüm nəticələrdən biri tranzit-logistika imkanlarının genişlənməsi olacaq. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində mühüm tranzit mərkəzi kimi tanınır, Zəngəzur dəhlizinin işə düşməsi isə bu üstünlüyü daha da gücləndirəcək. Qısalmış marşrutlar daşınma xərclərini azaldacaq, daşımaların həcmi isə əhəmiyyətli dərəcədə artacaq. Bu, Azərbaycanın beynəlxalq yükdaşımalarında strateji qovşağa çevrilməsinə real zəmin yaradır". 

Ekspert bildirib ki, layihənin investisiya mühitinə təsirləri də diqqətəlayiqdir: 

“Logistika xərclərinin azalması və bazarlara daha asan çıxış imkanlarının formalaşması Azərbaycana yönələcək xarici sərmayələrin həcmini artıracaq. İxrac yönümlü istehsal, kənd təsərrüfatı məhsullarının emalı, yüngül sənaye və logistika parkları investorlar üçün daha cəlbedici olacaq. Bu proses, xüsusilə Ələt Azad İqtisadi Zonası və sənaye parklarında istehsal və xidmət sahələrinin genişlənməsinə gətirib çıxara bilər. Nəticədə, qeyri-neft sektorunun payı yüksələcək, ölkə iqtisadiyyatı daha şaxələnmiş struktur qazanacaq". 

İqtisadçının sözlərinə görə, sosial-iqtisadi baxımdan yeni iş yerlərinin açılması da müzakirə mövzusudur:

“Dəhlizin işə düşməsi ilə nəqliyyat və logistika zəncirlərində, sənaye müəssisələrində və xidmət sektorunda on minlərlə yeni iş yeri yaradılması proqnozlaşdırılır. Bu isə təkcə paytaxtda deyil, regionlarda da məşğulluğun artmasına səbəb olacaq. Orta aylıq əməkhaqlarına görə hesablanmış illik gəlir vergisi və sosial ödənişlər dövlət büdcəsinə əlavə vergi daxilolmaları gətirəcək ki, bu da sosial rifahın yüksəlməsinə töhfə verəcək”. 

Mütəxəssis konkret maliyyə göstəricilərinin dəhlizin təsirini daha aydın göstərdiyini vurğulayıb: 

“Hazırda ölkədən illik 14–16 milyon ton tranzit yük daşınır. Yeni dəhlizin istifadəsi ilə bu həcmin yaxın illərdə 25–35 milyon tona çatması gözlənilir. Orta hesabla hər ton yükdən 8–12 ABŞ dolları tranzit haqqı götürüldükdə, illik əlavə gəlir 200–300 milyon ABŞ dolları (təxminən 340–510 milyon manat) təşkil edə bilər. İnvestisiya axınlarının illik 1–1,5 milyard ABŞ dollarına yüksəlməsi ehtimal olunur ki, bu da həm yeni istehsal müəssisələrinin yaranmasına, həm də dövlət büdcəsinə 100–150 milyon manat əlavə vergi daxilolmasına səbəb olacaq. Yeni yaradılacaq iş yerlərinin illik əməkhaqqı fondu isə 350–400 milyon manat həcmində proqnozlaşdırılır və bu məbləğdən dövlət büdcəsinə 70–90 milyon manat əlavə vəsait daxil olacaq”. 

O bildirib ki, ümumilikdə Zəngəzur dəhlizi Azərbaycanın dövlət büdcəsinə qısa və orta müddətdə illik ən azı 500–600 milyon manat əlavə gəlir gətirə, uzun müddətdə isə bu rəqəm 1 milyard manatdan çox ola bilər. Bundan əlavə, kənd təsərrüfatı ixracı üçün yeni bazarların açılması 5–7 il ərzində illik 500–600 milyon ABŞ dolları həcmində əlavə ixrac gəliri təmin edə bilər. 

Qeyd edək ki, Prezident İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində ünvanlayıb. Dövlət başçısı müraciətində bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. 

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

İqtisadçı ekspert: “Zəngəzur dəhlizi yeni iş yerlərinin açılmasına şərait yaradacaq” — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Bütün Xəbərlər