Ələtdə hava limanının açılış tarixi açıqlandı

Ələtdə hava limanının açılış tarixi açıqlandı
22.09.2025 22:15 İqtisadiyyat

Ələt Azad İqtisadi Zonasında beynəlxalq hava limanının tikintisi gələn ilin sonunadək başa çatdırılacaq, aeroportun açılışı isə 2027-ci ilin birinci rübündə baş tutacaq.

TodayPress TV xəbər verir ki, bunu "Silk Way West Airlines" aviaşirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) zamanı deyib.

"Ələtdə hava limanının tikintisinə 2023-cü ilin sonunda başladıq. Azad ticarət zonası və azad iqtisadi zonada yüklərin aviadaşınması və logistikasının bütöv bir ekosistemi yaradacağıq. Bu, iqtisadiyyata, nəqliyyatın əlçatanlığına və bu ölkədə logistika sektorunun inkişafına böyük təkan verəcək. Bu, "yaşıl" hava limanı olacaq. Damlarda günəş panelləri quraşdırılacaq, xidmət avadanlığı isə elektriklə təchiz ediləcək. Bu, gələcəyin hava limanı, dörd kilometrlik uçuş-enmə zolağı olan yük daşınması üçün istifadə edilən "yaşıl" hava limanı olacaq", - şirkət prezidenti əlavə edib.

V.Mayer "Silk Way"in Orta Dəhliz boyunca intermodal marşrutların inkişaf etdirilməsi planlarını açıqlayıb.

"Bakı strateji mərkəzimizdir. Bu, Şərqlə Qərbin qovuşduğu, dünyanın hər yerindən insanları birləşdirdiyimiz yerdir. Orta Dəhliz həmişə Şərq-Qərb nəqliyyat marşrutlarının "ögey övladı" olub. Son zamanlar bu "ögey uşaq" böyük populyarlıq qazanıb. Biz "Silk Way" olaraq bu qədim İpək Yolu boyunca təkcə "hava-hava" marşrutlarını yox, həm də intermodal marşrutları inkişaf etdirəcəyik; quru yollarını hava yolları ilə, dəmir yolu marşrutlarını isə hava yolları ilə birləşdirəcəyik", - o söyləyib.

V.Mayer qeyd edib ki, bunu "Silkway Group"un öz yüklərinin daşınması üçün inşa etdiyi yeni hava limanı vasitəsilə etməyi planlaşdırırlar.

Qeyd edək ki, yüklərin daşınması üçün nəzərdə tutulan hava limanı 750 hektardan çox ərazini tutacaq. Birinci mərhələdə onun ötürücülük qabiliyyəti ildə 500 min ton yük təşkil edəcək, gələcəkdə isə bu rəqəmin 1,5 milyon tona çatdırılması planlaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 Bütün Xəbərlər