Beynəlxalq uçuşlara tələbat artdı

Beynəlxalq uçuşlara tələbat artdı
03.12.2025 15:43 İqtisadiyyat

Beynəlxalq sərnişindaşımalara tələbatın (RPK) həcmi oktyabr ayında illik ifadədə 8,5 faiz artıb.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.

Qeyd olunur ki, iki rəqəmli artım tempi Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə müşahidə olunub.

“Yüklənmə əmsalı Şimali və Cənubi Amerika istisna olmaqla bütün regionlarda yaxşılaşıb. Asiyada sərnişin axını güclü dinamika göstərib: Çin, Yaponiya və Vyetnama olan və bu ölkələrdən həyata keçirilən daşımalar nəzərəçarpacaq dərəcədə artıb — hər bir istiqamət üzrə illik artım 10 faizi keçib. Yaxın Şərqdəki əhəmiyyətli dinamikanın bir hissəsi ötən ilin aşağı göstəriciləri ilə izah olunur, həmin vaxt regiondakı geosiyasi gərginlik hava daşımalarında fasilələrə səbəb olurdu”, – deyə assosiasiya bildirir.

Regionlar üzrə dinamika isə belə olub: Asiya–Sakit okean regionunda beynəlxalq tələbat 10,9 faiz artıb, tutum isə 9,1 faiz yüksəlib. Yüklənmə əmsalı 84,4 faizə çataraq 1,4 bənd yaxşılaşıb. Avropada tələbat 7,4 faiz artıb, tutum isə 6 faiz yüksəlib, nəticədə yüklənmə əmsalı 86,5 faizə (+1,2 bənd) qalxıb. Şimali Amerikada RPK 4,5 faiz, ASK isə 4,7 faiz artıb, lakin yüklənmə əmsalı 84,2 faizə düşüb (-0,1 bənd). Yaxın Şərqdə tələbat 10,7 faiz, tutum isə 8,1 faiz artıb; yüklənmə 82,5 faizə yüksəlib (+2 bənd).

Latın Amerikasında tələbat 7,2 faiz, ASK isə 8,2 faiz artıb, yüklənmə əmsalı 84,6 faizə enib (-0,8 bənd). Afrikada tələbat 7,3 faiz, tutum isə 5,3 faiz artıb, yüklənmə əmsalı 74,1 faizə çatıb (+1,4 bənd).

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 Bütün Xəbərlər