Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı

Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
09.09.2025 09:00 İqtisadiyyat

Sentyabrın 9-da ABŞ və Avropa fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub.

TodayPress TV xəbər verir ki, Dow Jones Industrial Average 0,25% artaraq 45 514,95 bənd, S&P 500 indeksi 0,21% yüksələrək 6 495,15 bəndə çatıb. Nasdaq Composite 0,45% irəliləyərək 21 798,70 bənd, NYSE Composite indeksi isə 0,18% artımla 21 173,64 bənd təşkil edib. Yeganə geriləmə Kanadanın S&P/TSX Composite indeksində qeydə alınıb – göstərici 0,08% azalaraq 29 027,73 bəndədək enib.

Avropa bazarlarında da əsas indekslər artım qeydə alınıb. Euro Stoxx 50 indeksi 0,84% artaraq 5 362,81 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,14% yüksələrək 9 221,44 bəndə, Almaniyanın DAX indeksi isə 0,89% artımla 23 807,13 bəndə çatıb. Fransanın CAC 40 indeksi 0,78% artaraq 7 734,84 bənd, İspaniyanın IBEX 35 indeksi isə 1,02% irəliləyərək 15 002,20 bənd səviyyəsində qərarlaşıb.

Analitiklər qeyd edirlər ki, ABŞ bazarlarında artım əsasən texnologiya şirkətlərinin səhmlərinə güclü tələbat və Federal Ehtiyat Sisteminin faiz dərəcələrini sabit saxlaya biləcəyi ilə bağlı gözləntilərlə əlaqələndirilir. İnvestorların iqtisadi artım perspektivlərinə dair nikbin əhval-ruhiyyəsi də indekslərin yüksəlməsini dəstəkləyib. Avropadakı artım isə enerji qiymətlərində sabitlik və iqtisadi bərpa prosesinə dair ümidlərlə bağlı olub.

Xüsusilə sənaye və bank sektorunda alışların güclənməsi indekslərin günü müsbət dinamika ilə bitirməsinə təsir göstərib.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur - SƏBƏBLƏR 12:28 UFC ulduzu Makqreqor qayıdış üçün məşqlərə start verdi 12:16 Erməni kilsəsi tarixində ilk: Katolikos II Qaregin məhkəmə qarşısına çıxacaq 12:20 2026 reqlamenti “Maklaren”in planlarını alt-üst etdi 12:09 İplər gərildi, atəşkəs bitdi... - Yəməndə nə baş verir? - ŞƏRH 12:02 Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verdi - VİDEO 11:59 Alonsonun qərarı Okonun taleyini həll edə bilər 12:22 "Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Bütün Xəbərlər