Bazara müdaxilə: Sabitlik, yoxsa iqtisadi geriləmə?

Bazara müdaxilə: Sabitlik, yoxsa iqtisadi geriləmə?
13.10.2025 14:13 İqtisadiyyat

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə bütün növ qiymət artımlarını qadağan edən qərar imzalayıb və sənədin dərhal qüvvəyə mindiyini bəyan edib. 

Dövlət başçısının sözlərinə görə, bu addımın əsas məqsədi inflyasiyanın qarşısını almaq və bazarda sabitliyi qorumaqdır.

Bəs belə bir inzibati qərar Azərbaycanda da tətbiq oluna bilər?

İqtisadçı Elçin Rəşidov TodayPress TV-yə açıqlamasında bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun istənilən qiymət artımını qadağan edən qərarı qısamüddətli effekt versə də, uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün zərərlidir.

Onun sözlərinə görə, belə inzibati qərarlar ilkin mərhələdə inflyasiyanın qarşısını alır və alıcılar qiymətlərin artmadığını hiss edirlər. Lakin bu tədbirlər uzunmüddətli dövrdə iqtisadiyyatı kiçildir, istehsala, ticarətə və ümumilikdə bazar mexanizminə mənfi təsir göstərir:

"İqtisadiyyatda qiymətlər tələb-təklifə uyğun formalaşmalıdır. İnflyasiyanı inzibati yolla deyil, Mərkəzi Bankın faiz dərəcəsi siyasəti və digər makroiqtisadi alətlərlə tənzimləmək lazımdır. Belə olduqda, inflyasiya ilə əmək məhsuldarlığı arasında balans qorunur".

İqtisadçı əlavə edib ki, qiymət artımını inzibati yolla məhdudlaşdırmaq bazar mexanizmini pozur və istehsalçı ilə ticarətçinin fəaliyyətinə zərbə vurur:

"Qiymətlər mövsümdən, təklif və xammal amillərindən asılı olaraq dəyişməlidir. Bu cür müdaxilələr sektorları sıradan çıxara bilər. Əks halda, istehsalçı və ticarətçinin bazarı ölür. Yəni bu sektorda qiymətlər mövsümə görə dəyişməlidir. Belə addımların daha bir mənfi nəticəsi qara bazarların formalaşması və məhsul çatışmazlığıdır. Bu isə növbələrin yaranmasına, qeyri-rəsmi əməliyyatların artmasına, korrupsiya hallarının çoxalmasına və işsizliyin yüksəlməsinə gətirib çıxaracaq. Belarusda baş verən proseslər nəticəsində valyutanın dəyərdən düşməsi, qiymətlərin artması və əhalinin rifahının pisləşməsi qaçılmaz olacaq".

Elçin Rəşidov vurğulayıb ki, eyni addım Azərbaycanda tətbiq olunsa, nəticələr eynilə Belarusdakı kimi olacaq. Buna görə də o, bu addımı düzgün hesab etmir.

Mütəxəssisin fikrincə, Lukaşenkonun qərarı populist xarakter daşıyır və uzunmüddətli dövrdə davamlı ola bilməyəcək:

"İnanmıram ki, Belarus hökuməti bu qərarın arxasında uzun müddət dayana bilsin. Real bazar təzyiqləri onları düzgün iqtisadi siyasətə qayıtmağa məcbur edəcək", - deyə Elçin Rəşidov fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Bazara müdaxilə: Sabitlik, yoxsa iqtisadi geriləmə? — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Ermənistanı işğalda saxlayan simvollar 13:01 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 Bütün Xəbərlər