Ulduzlararası kometada suyun unikal kimyəvi tərkibi ilə bağlı maraqlı tapıntı

Ulduzlararası kometada suyun unikal kimyəvi tərkibi ilə bağlı maraqlı tapıntı
11.05.2026 06:00

Miçiqan Universitetinin astronomları müəyyən ediblər ki, 3I/ATLAS ulduzlararası kometasında Günəş sistemimizdəki kometalarda olandan təxminən 30 dəfə, Yer okeanlarında olandan isə 40 dəfə çox deyterium konsentrasiyasına malik su var.

TodayPress TV-nin xəbərinə görə, bu barədə "Science Daily" jurnalında məlumat verilib.

"Müşahidələrimiz göstərir ki, Günəş sistemimizin formalaşmasına gətirib çıxaran şərtlər qalaktikanın digər hissələrində planet sistemlərinin necə təkamül etməsindən əhəmiyyətli dərəcədə fərqlidir", - deyə tədqiqatın aparıcı müəllifi, Miçiqan Universitetinin Astronomiya kafedrasının aspirantı Luis Salazar Mantsano bildirib

3I/ATLAS kometi Günəş sistemində aşkarlanan üçüncü təsdiqlənmiş ulduzlararası obyektdir. Əvvəlki ikisindən fərqli olaraq, bu cisim ətraflı müşahidə üçün kifayət qədər erkən aşkar edilib. Komanda Arizonadakı MDM rəsədxanasında ilk qaz emissiyası (qaz ayrılması) əlamətlərini aşkar edib. Daha sonra Çilinin Atakama səhrasındakı ALMA teleskop kompleksi işə qoşulub və onun həssaslığı adi suyu deyteriumla zəngin sudan ayırd etməyə imkan verib.

Tədqiqatın həmrəhbəri, Miçiqan Universitetinin dosenti Tereza Paneke-Karrenyunun sözlərinə görə, bu, ulduzlararası obyektdə suyun ilk uğurlu kimyəvi analizidir.

Müəlliflər qeyd ediblər ki, daha güclü rəsədxanaların meydana gəlməsi ilə kəşf edilən ulduzlararası obyektlərin sayı artacaq.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Bütün Xəbərlər