Dünyada İLK: Süni insan dərisi yaradıldı

Dünyada İLK: Süni insan dərisi yaradıldı
21.08.2025 19:15

Avstraliyada alimlər dünyada ilk dəfə damar sistemi, sinir ucları, tüklərin follikulları və immun hüceyrələri olan süni insan dərisi modelini laboratoriya şəraitində uğurla hazırlayıblar. Bu struktur indiyə qədər yaradılanlara nisbətən real insan dərisinə ən yaxın model hesab olunur.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Wiley Advanced Healthcare Materials” elmi jurnalında dərc edilib. 

Queensland Universitetinin yaydığı məlumata görə, tədqiqatçılar insanın dəri hüceyrələrini kök hüceyrələrə çevirərək “dəriyə bənzər orqan” formalaşdırıblar. Daha sonra bu struktura laboratoriyada hazırlanmış mikroskopik qan damarları inteqrasiya edilib və nəticədə öz qan dövranı sisteminə malik çoxqatlı dəri toxuması əldə olunub.

Tədqiqatı aparan Dr. Abbas Şafiei bildirib ki, indiyə qədər yaradılan modellər yalnız dəri örtüyünün yuxarı qatlarını təqlid edə bilirdi. Lakin yeni strukturda tük follikulları, sinir hüceyrələri, piqmentasiya, immun sistemi və qan dövranı da yer alır. Bu isə onu insan dərisinə ən yaxın laboratoriya modeli edir.

Alimə görə, bu yenilik sayəsində sədəf, ekzema kimi dəri xəstəlikləri daha dəqiq öyrənilə, müalicə üsulları test edilə və yanıq, yara sağalmasında əhəmiyyətli irəliləyişlər əldə oluna bilər.

Töhfə Səməd

XƏBƏR LENTİ
13 AVQUST 2026
Elon Mask Grok 4.6-nı təqdim etdi 17:14 Husilər Yəməndə hökumət qüvvələrinə hücum etdi: Ölən və yaralananlar var 16:52 Sabahdan külək güclənir – Hansı ərazilər risk altındadır? 15:44 İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir! 16:46 Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi 15:14 İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu! 16:50 Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir 15:24 Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmisi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 Bütün Xəbərlər