Cırcıramaların insanlarla gözlənilməz oxşarlıqları var

Cırcıramaların  insanlarla gözlənilməz oxşarlıqları var
13.04.2026 18:30

Alimlər cırcıramaların  qırmızı işığı, o cümlədən insanlar da daxil olmaqla məməlilərlə demək olar ki, eyni şəkildə qəbul etdiyini müəyyən ediblər. Bu, uzaq təkamül xəttinə malik növlərin eyni bioloji həll yoluna gəlib çıxmasını göstərən paralel təkamülün nadir nümunəsidir.

TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.ru"da məqalə dərc olunub. 

Qeyd edilib ki, insan görmə sistemi rəngləri ayırd etməyə imkan verən opsin zülallarına əsaslanır. İnsanlarda bu zülalların üç növü mövcuddur və onlar mavi, yaşıl və qırmızı işığa həssasdır. Məlum olub ki, cırcıramalarda insan gözünə görünən qırmızı spektrdən kənarda, təxminən 720 nanometr dalğa uzunluğuna reaksiya verən xüsusi bir opsin mövcuddur.

Alimlər ehtimal edirlər ki, bu qabiliyyət cırcıramalara cütləşmə prosesində kömək edir. Təhlillər göstərib ki, erkək və dişi fərdlər qırmızı və yaxın infraqırmızı işığı fərqli şəkildə əks etdirir. Bu isə həşəratlara uçuş zamanı bir-birini tez və dəqiq ayırd etməyə imkan verir. Ən diqqətçəkən məqam isə odur ki, bu opsinin işləmə mexanizmi məməlilərdəki mexanizmlə demək olar ki, eynidir.

Tədqiqatın ilk müəllifi Ryu Sato qeyd edib: “Cırcıramalarda qırmızı işığın qavranılması mexanizminin insanlar da daxil olmaqla məməlilərdəki mexanizmlə eyni olduğunu müəyyən etdik.”

Bu fakt göstərir ki, təkamül yüz milyonlarla il ərzində bir-birindən ayrı inkişaf etmiş orqanizmlərdə müstəqil şəkildə eyni həll yollarına gətirib çıxara bilər. Bundan əlavə, tədqiqatçılar zülal strukturunda onun həssaslığını müəyyən edən “əsas nöqtəni” də aşkar ediblər. Bu nöqtədə edilən dəyişikliklər vasitəsilə qavrama diapazonunu infraqırmızı şüalanmaya doğru genişləndirmək mümkün olub.

Yeni yaradılmış opsin variantı artıq yaxın infraqırmızı işığın təsiri ilə hüceyrələri aktivləşdirə bilir. Bu isə hüceyrələrin işıq vasitəsilə idarə olunmasına imkan verən optogenetika sahəsində yeni perspektivlər açır.

İnfraqırmızı şüalanmanın toxumalara daha dərindən nüfuz etməsi səbəbindən, bu zülallar hazırda öyrənilməsi çətin olan bədən bölgələrinin tədqiqində mühüm rol oynaya bilər.

Mitsumasa Koyanagi vurğulayıb: “Nəticələrimiz göstərir ki, bu opsin canlı orqanizmlərlə işləmək üçün perspektivli bir vasitə ola bilər.”

Müəlliflər qeyd edirlər ki, bu kəşf yalnız görmə qabiliyyətinin təkamülünü anlamaq baxımından deyil, həm də yeni biotibbi texnologiyaların inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Bütün Xəbərlər