Atom bombasının kəşfi: Peşman olan alimlər

Atom bombasının kəşfi: Peşman olan alimlər
17.07.2025 18:45 Maraqlı

16 iyul 1945-ci il səhəri. Nyu-Meksikoda yerləşən Alamogordo poliqonunda bəşəriyyət tarixində ilk atom bombası sınaqdan keçirildi. Bu, Manhetten layihəsinin kulminasiya nöqtəsi idi. 

Qeyd edək ki, Manhettan layihəsi  Birləşmiş Ştatlar, Böyük Britaniya və Kanadanın iştirakı ilə İkinci Dünya müharibəsi illərində ilk nüvə silahının yaradılması məqsədilə həyata keçirilmişdi. 

TodayPress TV xəbər verir ki, göydə alov topu, yeri titrədən partlayış dalğası, parlaq işıq - bu mənzərə orada olan alimlərin yaddaşına həkk olundu.

Lakin həmin an sevincdən çox daxili sarsıntı ilə müşayiət olundu.  Bu, gələcəkdə böyük müharibələrə, qarşıdurmalara səbəb olacaq atom bombasının yaradılması anı idi.   

Atom bombasının yaradılmasına təkan verən qüvvə isə 1939-cu ildə Albert Eynşteyn və fizika alimi Leo Szilard tərəfindən o dövrkü ABŞ prezidenti Franklin Ruzveltə göndərilən məktub oldu. 

Məktubda nüvə zəncirvari reaksiya yolu ilə dağıdıcı enerji əldə etməyin mümkünlüyü qeyd olunur və bu texnologiyanın nasist Almaniyasının əlinə keçməsi təhlükəsinə diqqət çəkilirdi. ABŞ rəhbərliyi elmi tədqiqatları hərbi layihəyə çevirdi. Beləcə 1942-ci ildə Robert Oppenheimerin rəhbərliyi ilə Manhetten layihəsi başladı.

Lakin Eynşteyn özü bu layihədə iştirak etmədi. 

“Əgər almanların bomba hazırlaya bilməyəcəyini bilsəydim, heç barmağımı da tərpətməzdim”, - deyə o, sonralar etiraf edib. 

1945-ci ilin yayında bomba istifadəyə hazır idi, amma öncə onun gücünü test etmək lazım idi. 

“Trinity” kod adlı sınaq zamanı yaranan partlayışın gücü gözləntiləri üstələdi. General Grovsun sözləri ilə desək, bu  səs “dünyanın sonunu” xatırladırdı. 

Sınağın nəticəsi birmənalı idi: nüvə silahı artıq reallığa çevrilmişdi. 

Layihənin bəzi iştirakçıları isə uğurdan çox peşmanlıq hiss edirdi. 

Bu məqamda Oppenheimerin ABŞ prezidenti ilə dialoqu diqqət çəkir. O, ölkə başçısına: 

“Elə bilirəm ki, əllərimizdə qan var”, - deyə bildirsə də, qarşılığında gözlənməyən cavab almışdı. Truman soyuqqanlı formada: “Problem deyil. Qan yuyular”, - deyə cavab vermişdi. 

Xirosima və Naqasakiyə atılan bombalardan sonra isə nüvə dövrü rəsmi olaraq başladı. Manhetten layihəsinin nəticəsi olan bu texnoloji sıçrayış, eyni zamanda, bəşəriyyəti özünü məhv etmə imkanına da yaxınlaşdırdı. Fizika inkişaf etdi, amma insanlıq öz vicdanı ilə ayaqlaşa bilmədi.  

Nəticədə 1945-ci ildə yaradılan bomba bu gün də bir tərəfdən müharibələrin qarşısını alır, digər tərəfdən isə hər an planetin sonunu gətirə biləcək qüvvə olaraq qalır...

Töhfə Səməd

XƏBƏR LENTİ
30 IYUL 2026
“Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Bütün Xəbərlər