Alimlər qara dəlikləri "Maksvell" tənlikləri ilə modelləşdirdilər

Alimlər qara dəlikləri "Maksvell" tənlikləri ilə modelləşdirdilər
09.10.2025 19:30

Kaliforniya Texnologiya İnstitutunun alimləri qravitasiya dalğaları və qara dəliklərin qarşılıqlı təsirini təsvir etmək üçün yeni üsul hazırlayıblar.

TodayPress TV xəbər verir ki, onlar bunun üçün adətən elektromaqnit sahələrini izah edən "Maksvell" tənliklərindən istifadə ediblər. 

Qravitasiya dalğaları – iki qara dəliyin birləşməsi kimi hadisələr zamanı yaranan fəza-zaman dalğalanmalarıdır. İndiyədək bu proseslər yalnız Eynşteynin nisbilik tənlikləri ilə izah edilirdi. Lakin komanda təklif edib ki, cazibə qüvvəsi elektromaqnit sahəsi kimi təsvir oluna bilər.

Bu yanaşma alimlərə qravitasiya dalğalarının yayılmasını elektrik və maqnit sahələrinə bənzər vizual formalarla göstərməyə imkan verib. Nəticələr göstərib ki, ümumi nisbilik tənlikləri əslində "Maksvell" tənliklərinə oxşar quruluşa malikdir.

Tədqiqatçılar hesab edirlər ki, bu yeni metod qara dəliklər və neytron ulduzların birləşməsi kimi mürəkkəb hadisələri daha dəqiq modelləşdirməyə və Eynşteyn nəzəriyyəsini ekstremal şəraitdə sınaqdan keçirməyə kömək edəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Bütün Xəbərlər