XRİTDX “CyCon 2025” – da iştirak edir

XRİTDX “CyCon 2025” – da iştirak edir
30.05.2025 12:55 İKT

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti 27-30 may 2025-ci il tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən kibermünaqişələr üzrə 17-ci beynəlxalq konfransda “CyCon 2025” iştirak edir.

TodayPress TV xəbər verir ki, tədbir NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə baş tutur. 

“CyCon 2025” tədbirində “Kibermüharibə”, “Kiberhücumlardan müdafiə üzrə yanıltma taktikaları”, “Kiberməkanda beynəlxalq qaydaların tətbiqi”, “Transsərhəd kontekstdə kiberinsidentlərə cavab”, “Müasir kibermünaqişələrdən müdafiənin təmin olunmasında “OSINT” (açıq mənbə kəşfiyyatı) texnologiyasından istifadə, “Silahlı münaqişələrdə süni intellektdən istifadə”, “Qlobal həllərin verdiyi imkanlardan sui-istifadə” kimi müxtəlif mövzuları əhatə edən texniki sessiyalar, panel müzakirələri və interaktiv seminarlar təşkil olunmuşdur.

Tədbirdə 55 ölkədən 650-dən artıq nümayəndə, o cümlədən dövlət rəsmiləri, ekspertlər, akademik dairələr və elmi-tədqiqat institutlarının nümayəndələrini və nüfuzlu brendləri iştirak etmişdir. 

XRİTDX-nin nümayəndə heyəti tədbir çərçivəsində NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzi tərəfindən rəhbər şəxslər üçün təşkil edilmiş “Strateji kibermüharibə simulyasiyaları” təlimindəiştirak etmişdir. 

Tədbir çərçivəsində XRİTDX-nin əməkdaşları ilə NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin bir sıra nümayəndələri və yerli kibertəhlükəsizlik şirkətləri arasında görüşlər keçirilmişdir.

Görüşlərdə cari ilin 9-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək “CIDC-2025” tədbiri, habelə kiberdiplomatiya, kibertəhlükəsizlik sahəsində təlimlərin təşkili və digər məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilmiş fikir mübadiləsi aparılmışdır.

XƏBƏR LENTİ
30 IYUL 2026
Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Bütün Xəbərlər