Tottinin oğlu 19 yaşında futbol karyerasını başa vurdu

Tottinin oğlu 19 yaşında futbol karyerasını başa vurdu
29.07.2025 17:30 İdman

2006-cı ilin dünya çempionu, “Roma” klubunun sabiq kapitanı Françesko Tottinin oğlu Kristian Totti 19 yaşında peşəkar futbol karyerasını başa vurmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın "La Nuova Sardegna" nəşri məlumat yayıb.

Bildirilib ki, gənc futbolçunun belə bir qərar verməsinə psixoloji təzyiqlər və daim atası ilə müqayisə olunması səbəb olub.

“Bəli, karyeramı bitirirəm. Bu, mənim qərarımdır”, - deyə Kristian Tottinin sözlərini nəşr sitat gətirib.

Bununla belə, Totti ailəsinin gənc üzvü futboldan tam uzaqlaşmaq niyyətində deyil. O, atasının təsis etdiyi futbol məktəbində skaut kimi fəaliyyətə başlamağı və istedadlı gəncləri kəşf etməyi planlaşdırır.

Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Kristian Totti karyerasına “Roma” akademiyasında başlayıb. Daha sonra “Frozinone” və “Rayo Valyekano”nun gənclər komandalarında, eləcə də İtaliyanın D Seriyasında çıxış edən “Avezzano” və “Olbia” klublarında oynayıb.

Töhfə Səməd 

XƏBƏR LENTİ
06 AVQUST 2026
“Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bu ərazilərdə işıq olmayacaq 09:07 Filippində güclü zəlzələ baş verdi 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Bütün Xəbərlər